Amiloidoz maddələr mübadiləsi xəstəliyi olub,amiloid adlanan lifli protein birləşməsinin bir və ya birdən çox orqanda hüceyrə xaricində toplanması nəticəsində meydana gəlir.Sümük iliyində başlayan amiloidoz bədəni infeksiyadan qoruyan antikorların parçalanmasının qarşısını alır.Ümumiyyətlə böyrək,böyrəküstü vəz, qaraciyər,dalaq,mədə və bağırsaq sistemində toplanır.Sümük iliyi hüceyrələri tərəfindən ifraz olunan və anormal protein kimi xarakterizə edilən amiloid müxtəlif toxuma və orqanlara birbaşa təsir edə bilər.Çoxsaylı Mieloma, Hodgkin xəstəliyi və Aralıq dənizi ailə qızdırması (bağırsaq xəstəliyi) kimi xəstəliyi olan insanlar amiloidoz xəstəliyinə yoluxma riskinə sahibdirlər.Uzun müddət dializ müalicəsi görən bəzi diabet xəstələri də bu risk qrupuna daxildir.Amiloidozun müalicəsində xəstəliyin səbəb olduğu şişkinlik və ağrılar üçün müxtəlif dərman müalicələri tətbiq olunur.Dərman müalicəsindən əlavə hər bir bir xəstə üçün xüsusi hazırlanmış pəhriz təyin olunur.Böyrəklərə təsir edən amiloidoz qrupunda xəstələrə böyrək nəqli,ürəyə təsir edən amiloidoz xəstəliyində isə ürək nəqli edilə bilər.
Amiloidoz Xəstəliyinin Əlamətləri:
- Zəiflik
- Sürətli arıqlamaq
- Qaraciyər böyüməsi
- Dil böyüməsi
- Ayaq biləkləri və ayaqlarda şişkinlik
- Əl və ayaqlarda keyimə
- Nəfəs darlığı
- Udqunmada çətinlik
- Nizamsız ürək döyüntüləri
- İshal və qəbizlik
- Həddən artıq yorğunluq və halsızlıq
- Dəridə göyərmə və qalınlaşma
- Göz ətraflarının göyərməsi
- Sidikdə protein
- Sinir sisteminin pozulması
