Dermatomiozit iltihablı miopatiya xəstəlikləri qrupuna aid olan iltihablı əzələ revmatizmi xəstəliyidir.Xəstəliyin səbəbi dəqiq məlum deyil,lakin xəstəliyin səbəbləri içərisində immunitet sistemi pozulmaları halları qeyd edilir.Adətən əzələlərdə və dəridə rast gəlinən əlamətlərlə özünü göstərir.Əzələlərdə zəiflik,dəridə səpkilər kimi hallar müşahidə edilir.Bu xəstəlik hər yaşda görünə bilən bir xəstəlikdir,lakin daha çox uşaq yaşlarından da rast gəlinir.Dermatomiozit,yəni iltihablı əzələ revmatizmi əvvəlcə skelet əzələlərinin zəifliyi ilə özünü biruzə verir.Halsızlıq,daimi yorğunluq,hərarət,qol və ayaqlarda gücsüzlük kimi əlamətləri vardır. Göz qapaqlarında,əllərdə və barmaqlarda bənövşəyi,yasəmən rəngli kölgələr və səpkilər müşahidə edilir.Xəstəlik irəlilədikcə ürək əzələlərində,tənəffüs və udlaq yollarında tutulma halları baş verə bilər.Xəstəliyin müalicəsində kortizon dərmanları istifadə olunur.Lakin kortizon dərmanları ilə yanaşı immunitet sistemini nəzarət altına alan dərmanlardan da istifadə olunur.
