Huntington Xəstəliyi

Huntington Xəstəliyi (Huntington's Disease: HD) neyro-degenerativ,neyronların quruluşunu pozan və beləliklə əzələ koordinasiyasının və qavrayış qabiliyyətinin itirilməsinə,vaxtından əvvəl zehni yaşlanmaya səbəb olan genetik xəstəlikdir.Beyinin "Bazal ganglia" adlanan əsas bölgəsi kiçilməyə və əriməyə başlayır,neyronlar ölür. Bundan əlavə,bəzi xəstələrdə sətəlcəm,ürək xəstəlikləri və ciddi fiziki xəsarətlər yaşana bilər. Xəstəlik tipik olaraq 30-50 yaş arasında başlayır,lakin başlanğıc yaşı daha erkən ola bilər.Ən çox görülən əlamətlər xorea adlanan qeyri-iradi hərəkətlərdir.Xəstələrin əksəriyyəti tez-tez,mütəmadi və qeyri-iradi şəkildə "rəqs edərcəsinə" bir hərəkətlərlə müxtəlif istiqamətlərdə bədənlərini hərəkət etdirirlər.Xəstələr qol və ayaqlarını qeyri-iradi sağa-sola ataraq hərəkətlər edirlər.Təəssüf ki,hal-hazırda xəstəliyin dəqiq müalicəsi yoxdur.Dopamin kimi dərmanlarla xəstəliyin əlamətləri azaldıla və nəzarət altına alına bilər.Elmin inkişafı sayəsində inkişaf etdirilən kök hüceyrə müalicəsi ilə beynin degenerasiyaya məruz qalmış bölgələrinin yaxın gələcəkdə bərpası gözlənilir.