Boerhaave sindromu şiddətli qusmalar nəticəsində döş qəfəsində və ya arxa tərəfə yayılan kəskin ağrılarla müşayiət olunan qida borusu (ezofaqus) divarının bütün təbəqələrinin spontan yırtığıdır. Boerhaave sindromu nadir rast gəlinən və ölüm halları yüksək olan bir xəstəlik növüdür. Xəstəlik qidaborusu distalında kortəbii surətdə yaranan vertikal yırtıqlarla bağlı olaraq yaranıb inkişaf edir. Xəstəliyin əlamətləri:
- Şiddətli və ya təkrarlanan qusma halları
- Qarın boşluğunun yuxarı hissəsindən çiyinlərə doğru yayılan şiddətli ağrı
- Udqunma zamanı baş verən şiddətli öskürək
Boerhaave sindromunun diaqnozunda KT, Ezofaqoqrafiya, Endoskopiya kimi metodlardan istifadə olunur. Boerhaave sindromunun üçün əsas müalicə üsulu cərrahi müdaxilədir. Qida borusu keçişini istiqamətləndirmək məqsədi ilə adi stend və drenajlar istifadə olunur. Lakin ezofaqus yırtığının bağlanmasında öz-özünə genişlənən metal stendlər tətbiq edilir.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
