Ezofaqus xərçənginin digər bir adı yemək borusu xərçəngi adlanır.
Yemək borusunun qida ilə təmasda olan daxili səthi yastı epitel (skuamöz) hüceyrələri ilə örtülmüşdür; bu hüceyrələrin xərçəngə çevrilərək nəzarətsiz şəkildə çoxalması skuamoz hüceyrəli karsinoma (skuamoz hüceyrə xərçəngi) adlanır. Ezofaqus xərçənginin ən çox görülən əlamətlərindən biri tıxanma və udqunmaqda çətinlik kimi şikayətlərdir. Xəstəliyin əlamətləri:
- çəki itirmək, halsızlıq, yorğunluq
- qanaxma, qanazlığı
- Qara tünd rəngli nəcis
- Öskürək
Kiçik ölçülü, ətraf orqanlara yayılmayan, xərçəng olmayan lakin xərçəngə çevrilmə ehtimalı yüksək olan şişlərin endoskopla çıxarılması mümkündür. Endoskopik üsullarla müalicə olunmayan şişlərdə, özofagektomiya adlanan ezofaqusun bir hissəsinin cərrahi çıxarılması müalicə üsulu kimi tətbiq edilə bilər. Xərçəng digər orqanlara və limfa düyünlərinə yayılmışdırsa, kimyaterapiya alternativ müalicə variantı ola bilər. Xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq və udqunma çətinliyi kimi əlamətləri azaltmaq məqsədi ilə kimyaterapiya, radioterapiya və ezofaqus stendləri (yemək borusunu açıq saxlayan borular) kimi müalicə üsulları da istifadə edilə bilər.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
