Göz şişləri,gözün daxili quruluşundan qaynaqlanan və ya göz qapağı, orbita, konjonktiva,kornea və göz yaşı vəzi kimi gözün xarici və ya göz ətrafı toxumalarda yaranır.Bundan əlavə, bəzən orqanizmdə inkişaf edən ağciyər xərçəngi, süd vəzi xərçəngi, qan xərçəngi, limfoma kimi digər şişlər qan vasitəsilə yayılaraq metastatik göz şişləri meydana gətirə bilər. Gözdəki şiş görmə nöqtəsinə və ya görmə sinirinə yaxındırsa, görmə qabiliyyəti erkən dövrdə pozula bilər. Göz retinası qatında maye toplanması, görmə pozğunluğu yaradır. Uşaqlarda göz içi şişlərinin əlaməti olan çəpgözlük ciddi qəbul edilməlidir. Göz içi şişlər gözdəqızartı, ağrı və bulanıq görmə kimi əlamətlərlə müşahidə edilə bilər. Göz içi maye axını pozularsa göz təzyiqi arta və qlaukoma meydana gələ bilər.
Göz içi şişlərində Fotodinamik Lazer müalicəsi. Gözdə aşkar olunan şiş qalınlığı 2 mm-dən aşağı olduqda, Fotodinamik Lazer Texnologiyası ilə müalicə edilə bilər. Bu üsulda qoldan verilən dərman vasitəsi ilə göz içi şiş hüceyrələri işarələnir və lazer tətbiqi ilə şiş hüceyrələri hədəf alınaraq məhv edilir. Bu müasir müalicə metodu ilə ətraf toxumalara zərər verilmədən şiş məhv edilir. Xüsusilə, koroid və retinal hemangioma adlanan gözün damar mənşəli şişlərində uğurla tətbiq olunur.
Uşaqlarda Retinoblastomada (Göz xərçəngi) Selektiv Oftalmik Kimyaterapiya. Uşaqlarda ən çox görülən göz xərçəngi Retinoblastomadır. Bu şiş uşaqlarda bir gözdə və ya hər iki gözdə doğuşdan dərhal sonra və ya 4 yaşına qədər yaranıb inkişaf edə bilər. Xəstəliyin diaqnoz və müalicəsi gecikirsə, şiş beyinə, sümük iliyinə və bədənə yayıla bilər. Kimyaterapiyaya çox həssas olan bu şişin müalicəsində, qasıqdan edilən angio kateter proseduru ilə yalnız şiş olan gözün hədəf alınaraq kimyaterapiya tətbiqi üsulu, ən yeni və effektiv müalicə üsuludur. Bu müalicə lazer, krioterapiya, kimi digər müalicə üsulları ilə kompleks halda tətbiq edilə bilər.
Göz səthi şişlərində Kök Hüceyrə müalicəsi. Göz səthini, göz membranlarını əhatə edən xərçənglər, kornea təbəqəsini pozaraq onu bulanıqlaşdırmaqla yanaşıyeni damarlar əmələ gətirərək görmə qabiliyyətinin daimi pisləşməsinə səbəb olur. Bu xəstələrdə, gözdəki şiş tamamilə təmizləndikdən sonra sağlam gözdən alınan limbal 'kök hüceyrələr' şiş olan gözə nəql edilir. Kök hüceyrə nəqli göz şişləri ilə yanaşı gözsəthini pozan hər növ xəstəliklərdə də tətbiq edilə bilər.
Göz səthi xəstəliklərində Amniotik Membran Nəqli. Müxtəlif xəstəliklər və travmalardan sonra göz səthində baş verən patologiyaların cərrahi müalicə variantlarından biri olan Amniotik membran nəqli uğurla icra olunan cərrahi müalicə üsuludur. Amniotik membran,göz membranına çox bənzəyən və tərkibində müxtəlif kök hüceyrələri olan plasentanın nazik membran təbəqəsidir. Heç bir yoluxucu xəstəliyi olmayan anadan qeysəriyyə doğuş zamanı alınan təmiz, steril amniotik membran müxtəlif göz səthi xəstəliklərinin müalicəsində uğurla istifadə edilir. Əslində bir toxuma nəqli olan bu proses ölümlə deyil, doğuşla əldə edildiyi üçün çox xüsusi prosedurdur. Amniotik membrandakı kök hüceyrələr göz səthi xəstəliklərinin müalicəsində çox faydalıdır.
Göz şişlərinin radioaktiv lövhə müalicəsi. Göz içi şişləri müalicəsindədigər bir üsul radioaktiv lövhə tətbiqidir.Bu üsulda göz membranları cərrahi olaraq açılır və göz səthinə,şişin arxasına radioaktiv şüa yayan lövhəyerləşdirilir. Üzərindəki dəliklərin köməyi ilə göz səthinə sabitlənə bilən lövhə 5 gün sonra cərrahi yolla çıxarılır. Radioaktiv Lövhə müalicəsi ilə, qalınlığı 6 mm-ə qədər olan göz şişləri uğurla müalicə edilir.
Göz içi şişlərin (Melanoma) müalicəsində Cyber Knife SRT: Göz içi şişlər adətən gözün görmə təbəqəsi və ya görmə sinirinin yaxınlığında yaranır. Böyüklərdə ən çox rast gəlinən bədxassəli göz içi şişlərindən olan melanomalarvaxtında müalicə edilməsə, bədənə yayılaraq həyati təhlükə yarada bilər. Əvvəllər gözün alınması ilə müalicə olunan melanomalar artıq müasir dövrdə gözü və görməni qorumaqla da müalicə edilir. Bu məqsədlə ən müasir cihaz olan Cyber Knife-da robot texnologiyası, kompüter texnologiyası və həssas şüalanma texnologiyası ilə göz içi şişlər, gözə, retinaya və görmə siniri kimi həssas göz toxumalarına zərər görmədən müalicə edilir. Bu üsulla göz içi şişlərini millimetrin ondan bir dəqiqliyi ilə müalicə etmək mümkündür.
Retina(Torlu qişa). Göz kürəsinin arxa divarını örtən ,görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa. Gözün işığı qəbul edən təbəqəsidir və sinir hüceyrələrindən ibarətdir. Retinanın sinir hüceyrələrində və ya onu qidalandıran damarlarda bir sıra problemlər ola bilər. Xəstənin yaşından asılı olaraq yaranan bu problemlərin səbəbləri müxtəlifdir. Retina xəstəlikləri: Diabetik retinopatiya, Retina yırtıqları, Retinal dekolmaniya, Sarı nöqtə xəstəliyi, Retinal vena və retinal arteriya tıxanıqlıqları, Makula dəliyi, Retina və ya damar qatının xoşxassəli və bədxassəli şişləri,metastazlar və s. Retina xəstəliklərinin müalicəsində səbəbindən asılı olaraq tibbi retina müalicəsi və ya vitreoretinal əməliyyat tətbiq oluna bilər.
Vitrektomiya əməliyyatı. Vitrektomiya, gözdəki vitreus toxumasının qismən və ya tamamilə boşaldıldığı bir əməliyyatdır.Gözün arxa hissəsindən qaynaqlanan xəstəliklərin müalicəsində vitreusun bir hissəsini və ya hamısını drenaj etmək lazım ola bilər. Vitreus gözün böyük bir sahəsini əhatə edir. Şəffaf və gelə bənzər quruluşdadır. Vitrektomiya, kiçik alətlərlə gözə daxil olaraq vitreusu çıxarmaqla icra olunur. Əməliyyat tikişlərlə və ya tikişsizolaraq həyata keçirilir. Vitrektomiya müxtəlif xəstəliklərin müalicəsində icra olunur. Məsələn şəkər xəstəliyi hallarında göz xəstəlikləri, gözdə qanama, makulada dəlik, retinada problemlər, gözün daxili hissəsində infeksiya və s.Retinada əmələ gələn göz yırtıqlarının həcmindən asılı olaraq lazer, qaz və ya silikon tampon metodlarından da istifadə edə bilər.
Kornea Nəqli.Kornea gözü ən ön hissəsində yer alan şəffaf və yüksək qırıcılıq xüsusiyyətinə malik olan, gözü xarici zədələyici amillərdən qoruyan, görmə funksiyasında mühüm rolu olanəyri səthə malik olan toxumadır. Buynuz qişa şəffaf və damarsız struktura malikdir. Korneanın şəffaflığı anadangəlmə, genetik və ya sonradan keçirilən travma, infeksiya və cərrahi müdaxilədən sonra pozula bilər. Korneanın şəffaflığı pozulduğu zaman görmə qabiliyyəti də aşağı düşür. Kornea nəqli, korneanın formasının və ya şəffaflığının pozulmasına səbəb olan xəstəliklərdə xəstə toxumanın sağlam donor (donor) toxuması ilə əvəz olunmasıdır. Bu prosedur tibbi olaraq keratoplastika olaraq bilinir. Müasir dövrdə, kornea toxumasındakı xəstəliklər korneanın hansı təbəqəsini əhatə edirsə kornea nəqlləri həmin bölgəyə uyğun olaraq icra olunur
Kornea nəqli hansı hallarda tətbiq edilə bilər?
- Göz əməliyyatından sonra korneanın şəffaflığını təmin edən hüceyrələr zədələnərsə və kornea bulanıqlaşarsa
- Bəzi xroniki kornea xəstəliklərində
- İnfeksiya səbəbi ilə korneada yara toxuması yaranarsa
- Qəza nəticəsində kornea bulanıqlaşarsa və ya travma nəticəsində zədələnərsə
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
