Kuşinq Sindromu

Kuşinq sindromu, stres hormonu olaraq bilinən və böyrəküstü vəzdə sintez olunan kortizol hormonunun həddindən artıq çox olması səbəbi ilə yaranan bir xəstəlikdir. Kuşinq Sindromu hormonal problemlərdən qaynaqlandığı üçün, adətən dərman istifadəsindən sonra ortaya çıxır.Kuşinq sindromun ən əsas səbəbləri hipofiz və böyrəküstü vəzlərin şişləridir. Xəstəliyin əlamətləri:

  • Yuxusuzluq, halsızlıq, baş ağrısı
  • Depressiya
  • Üzdə qızartı,sızanaqların çoxalması
  • Sümük əriməsi, sümüklərdə asan qırılma
  • Həddindən artıq susuzluq, tez-tez idrara çıxmaq
  • Qan şəkəri səviyyəsinin yüksək olması
  • Piylənmə
  • Dəridə tünd qırmızı – çəhrayı striyalar (zolaqlar)
  • Qadınlarda həddindən artıq tüklənmə və menstrual pozuntular
  • Cinsi istəyin azalması, kişilərdə erektil funksiyanın itirilməsi

Kuşinq xəstəliyinin diaqnozu – qanda, sidikdə və tüpürcəkdə kortizolun yoxlanması ilə aparılır. Xəstəliyin düzgün müalicəsini planlaşdırarkən ilk növbədə sindromun dəqiq səbəbi aşkar edilməlidir. Xəstəlik dərman istifadəsindən qaynaqlanırsa, həkim məsləhəti ilə dərmanın dozası azaldıla bilər. Xəstəliyin səbəbi hər hansı bir şişdən qaynaqlanırsa, cərrahi müalicə üsullarından istifadə olunur. Əməliyyat zamanı böyrəküstü vəzin və hipofizin şişləri alınır və uyğun müalicə təyin olunur. Şiş toxumasının cərrahi yolla çıxarılması mümkün olmadığı hallarda, radioterapiya tətbiq olunur. Gamma Knife prosedurunda şişə yüksək dozada şüa verilir və sağlam ətraf toxumalara dəyən zərər minimuma endirilir.Radioterapiya müsbət nəticələr vermədiyi hallarda kortizol ifrazını dayandıran dərmanlar istifadə olunur. Bu vəziyyətdə, ömür boyu dərman istifadəsi tələb olunur.Digər bir üsul isə böyrəküstü vəzlərin əməliyyatla alınmasıdır.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.