Leykoz,yəni qan xərçəngi,sümük iliyindəki ana hüceyrələrin nəzarətsiz şəkildə çoxalaraq başda bu bölgə olmaqla bütün orqan və toxumaların normal funksiyalarının pozulması nəticəsində yaranıb inkişaf edir.Xəstəliyin gedişatına görə qan xərçəngi iki qrupa bölünür:akut yəni kəskin və sürətli şəkildə özünü biruzə verən digəri isə xroniki yəni yavaş irəliləyən.Leykoz daha çox 2-5 yaş arasındakı uşaqlarda rast gəlinir,lakin bu xəstəliklə hər yaşda rastlaşmaq mümkündür.Valideynlər övladlarında qan azlığı və bədəndə göy ləkələr kimi əlamətlər gördükdə ciddi qəbul etməli və mütləq həkimə müraciət etməlidirlər.
Xəstəliyin əlamətləri:
- Ümumi zəiflik,təngənəfəslik,solğunluq
- Burun,diş və diş əti qanaxmaları
- İştahsızlıq,çəki itkisi,yüksək hərarət
- Sümük və əzələ ağrıları
- Dəri örtüklərində və selikli qişalarda qansızmalar,göy ləkələr
Leykoz xəsətliyinin növləri:
- Kəskin miyeloblast leykoz
- Kəskin limfoblastleykoz
- Xroniki miyeloid leykoz
- Xroniki Lenfositik leykoz
Müalicə prosesinə başlamadan öncə ilk növbədə qan xərçənginin növü düzgün təyin edilməlidir.Leykoz xəstəliyinin müalicəsindəki əsas prinsip blast adlı bədxassəli hüceyrələrin çoxalmasının qarşısını almaq,məhv etmək və normal qan hüceyrələrinin yaranmasını təmin etməkdir.Xəstəliyin müalicəsində ilk müalicə variantı kimyaterapiyadır.
Müalicəyə cavab alına bilməyən xəstələrdə və bəzi istisna hallarda sümük iliyi nəqli effektiv müalicə üsuludur.Sümük iliyi nəqlində əsas prinsip,qan hüceyrələrinin əmələ gəlməsinə səbəb olan ana-kök hüceyrələrin,iliyin donordan alınaraq leykoz xəstəsinə verilməsidir.Beləliklə, normal qan dövranı təmin olunur.Toxuma qrupu antigenləri (HLA) xəstə ilə uyğun olan hər bir sağlam şəxs donor ola bilər.Bacı və ya qardaşın toxuma uyğunluğunun olma ehtimalı olduqca yüksəkdir məhz bu səbəbdən adətən donor xəstənin bacı və ya qardaşı olur.Nadir hallarda valideynlər,övladlar və digər qohumların toxuma qrupu antigenlərinin uyğunluğunun olma ehtimalı var.Transplantasiya olunacaq xəstə ilə donorun qan qrupunun eyni olması vacib deyil,fərqli qan qrupuna malik şəxs xəstəyə donor ola bilər.Ailə üzvləri arasında uyğun donor olmadığı hallarda könüllü donor ilik banklarına müraciət olunur və xəstəyə uyğun donor axtarışına başlanılır.Donor namizədlərində hər hansı yoluxucu xəstəliklər,immun sistem xəstəlikləri və infeksion xəstəliklər olmamalıdır. ransplantasiyanın uğurlu olması toxuma uyğunlunun dərəcəsindən asılıdır
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
