Lenfoma, immunitet sisteminin lenfositləri adlanan ağ qan hüceyrələrində meydana gələn limfatik sistemin xərçəngidir. Limfa düyünləri bədənin ən vacib müdafiə mexanizmlərindən biridir və limfositlərin xərçəngə çevrilərək böyüməsi limfa xərçənginin yaranmasına səbəb ola bilər. Limfomalar iki əsas böyük qrupa bülünür: Hodgkin (limfoqranulematoz) və Qeyri-Hodgkin Limfoması. Rast gəlinən bədxassəli limfomaların 15%-ni Hodgkin Limfomaları təşkil edir. Hodgkin xəstəliyinə daha çox 16-35 yaş arası gənclərdə və 55 yaşdan yuxarı insanlarda rast gəlinir. Xəstəliyin Qeyri-Hodgkin forması əsasən yaşlı insanlarda inkişaf edir.
Xəstəliyin əlamətləri:
- boyunda, qoltuq altında və qasıqda olan limfa düyünlərinin ölçüsünün əhəmiyyətli dərəcədə artması
- Qeyri-iradi çəki itkisi
- Səbəbi bilinməyən yüksək hərarət
- Gecə tərləmə
- Daimi yorğunluq
- Öskürək,döş qəfəsində ağrı, təngənəfəslik
- Qarında şişkinlik və ya ağrı
Diaqnostik metodlar:
- Biopsiya
- Qan testləri
- Boyun, ağciyər, qarın KT, PET KT
- Molekulyar test
Lenfoma müalicəsi
Kimyaterapiya: Aqressiv dərman müalicəsi xərçəng hüceyrələrini öldürmək üçün istifadə olunur. Kimyaterapiya limfomanın hər iki növü-Hodgkin və Qeyri-Hodgkinin müalicəsində əsas müalicə metodudur, zərurət yarandıqda isə əlavə müalicə üsulu kimi şüa və bioloji terapiyadan istifadə edilir.
Əməliyyat: Bu, lenfoma yayıldıqdan sonra dalağın və ya digər orqanların çıxarılması üçün istifadə edilə bilər. Əməliyyat tez-tez biopsiya materialını əldə etmək üçün istifadə olunur.
Kök hüceyrə nəqli: Kök hüceyrə nəqlini iki növə ayırmaq olar - Autologik (köçürmə üçün xəstənin sağlam kök hüceyrəsindən istifadə edilir) və Allogen (münasib donorun kök hüceyrələri xəstəyə köçürülür). Xəstə üçün Autologik üsul daha təhlükəsiz hesab edilir. Qanyaradıcı kök hüceyrələrinin nəqli bir neçə mərhələdə həyata keçirilir:
I mərhələ - kök hüceyrələrinin alınması;
II mərhələ - yüksək dozalı kimyaterapiya;
III mərhələ - kök hüceyrələrinin tətbiqi;
IV mərhələ - reabilitasiya
Radioterapiya: Bu üsul, əməliyyatdan sonra qalan xərçəng hüceyrələrini məhv etməyə imkan verir. Bundan başqa, radioterapiya erkən mərhələdə icra olunacaq olan əməliyyatdan öncə şişin ölçüsünü azaltmaq məqsədi ilə istifadə olunur.
Antikor müalicəsi: Sintetik antikorlar xərçəng antijenləri ilə mübarizə aparmaq üçün qan dövranına yerləşdirilir
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
