Moya Moya

Xəstəlik bütün yaş qruplarına aid insanlarda görülsə də, 10 yaşdan kiçik uşaqlarda daha çox rast gəlinir. Xəstələrdə müşahidə olunan əlamətlər;

  • İflic
  • epileptik tutmalar
  • qeyri-iradi hərəkətlər
  • baş ağrısı
  • görmə problemləri
  • nitq və özünü ifadə pozğunluğu
  • kiçik yaşlı uşaqlarda inkişaf problemləri

Bəzi hallarda, xəstəliklə bağlı heç bir əlamətlər olmadan da beyin qanaması gerçəkləşə bilər.

Moya moya xəstəliyinin diaqnostikasında beyin MRT-i və angioqrafiya kimi görüntülənmə metodlarıdan istifadə edilir. Bilateral beyin sahələrini əhatə edən Moya Moya xəstəliyinin müalicəsində daimi həkim nəzarəti, dərman müalicəsi və cərrahi müdaxilə kimi seçimlər mövcuddur. Xüsusilə daim irəliləyən nevroloji əlamətlərivə ya kəllədaxili qanaxması olan xəstələrdə cərrahi müdaxilə tətbiq olunur və tibbi müalicədən daha effektiv olduğu düşünülür.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.