Mədə Xərçəngi

Mədə həzm sisteminin bir hissəsidir. Mədə xərçəngi,müxtəlif səbəblərdən mədə mukozasında bədxassəli şişlərin inkişafı nəticəsində meydana gəlir. Mədə xərçəngi ətraf orqanlara və limfa düyünlərinə də təsir göstərə bilər. Mədə şişi mədənin xarici təbəqəsinin içərisindən böyüyərək mədəaltı vəzi, ezofaqus və ya bağırsaq kimi ətraf orqanlara yayıla bilər. Mədə xərçəngi hüceyrələrinin qan vasitəsi ilə qaraciyər, ağciyər və digər orqanlara yayılması halları mümkündür. Mədə xərçənginin əlamətləri şişin yerindən asılı olaraq dəyişə bilər. Xəstəliyin erkən mərhələsində hər hansı bir əlamətlər müşahidə edilməyə bilər. Mədə bölgəsində qeyri-müəyyən bir narahatlıq hissi ən çox rast gəlinən başlanğıc əlamətlərdən biridir. Xəstəliyin sonrakı mərhələsində ən çox görülən əlamətlər çəki itkisi və qarın ağrısıdır. İştahsızlıq, zəiflik, udmaqda çətinlik, ürəkbulanma, qusma, mədədə doluluq və şişkinlik xəstəliyin digər əlamətləridir. Qanlı tüpürcək nadir hallarda müşahidə edilsə də qanaxma halları daha çox baş verir.

Mədə xərçəngində əsas diaqnostik vasitə yuxarı mədə-bağırsaq endoskopiyasıdır. Bu üsulla mədənin daxili səthi tamamilə görünür və şübhəli yerlərdən biopsiya alınaraq diaqnoz qoyulur. Endoskopiyadan başqa, kontrastlı rentgenoqrafiya və kompüter tomoqrafiyası xəstəliyin diaqnozunda istifadə edilən vacib diaqnostik üsullardır. Xəstəliyin mərhələsini və digər orqanlara yayılıb-yayılmadığını təyin etmək və xəstə üçün ən uyğun müalicə planını tərtib etmək məqsədi ilə PET KT müayinəsi icra olunur.

Mədə xərçənginin müalicəsində cərrahiyyə, kimyaterapiya və ya radioterapiya kimi üsullar tətbiq edilir. Təxminən 2-5 saat davam edən mədə əməliyyatı zamanı mədənin böyük bir hissəsi və ya tamailə hamısı çıxarılır. Subtotal qastrektomiya cərrahiyyəsində mədənin yalnız xərçəngli bölhgəsi çıxarılır. Ümumi qastrektomiya isə bütün mədənin və ətrafdakı toxumaların bir hissəsinin çıxarılmasını əhatə edir. Daha sonra, qidaların həzm sistemi üzrə hərəkət edə bilməsini təmin etmək məqsədi ilə qida borusu birbaşa nazik bağırsağa bağlanır.

Mədənin aşağı hissəsindəki şişlər böyüyərək qidanın mədədən çıxmasına mane olur. Bu problemin qarşısını almaq və ya müalicə etmək məqsədi ilə mədənin aşağı hissəsinə bypass əməliyyatı icra edilir. Bu cərrahi üsulda nazik bağırsağın jejunum adlanan hissəsi mədənin yuxarı hissəsinə bağlanaraq qidaların mədədən çıxması üçün yeni bir yol yaradılır.

Cərrahi müdaxilənin uyğun olmadığı bəzi hallarda, endoskopiya altında şişi parçalamaq üçün istifadə olunan lazer şüaları tətbiq edilir. Bu proses, qanaxmanı dayandıra bilər və ya əməliyyata ehtiyac olmadan qida tıxanmasını azaltmağa kömək edə bilər.

Mədə xərçəngində Stent qoyulması mədənin sonunda və ya başlanğıcında xərçəngin səbəb olduğu tıxanıqlığı aradan qaldırmaq məqsədi ilə endoskopiya üsulu ilə mədənin açılan hissəsinə stent taxılır. Taxılan stent mədənin açıq qalmasını və qidaların rahat hərəkətini təmin edir.

Mədə xərçəngi olan bəzi xəstələr yemək və içməkdə çətinlik çəkdikləri üçün kifayət qədər qidalana bilmirlər. Kiçik bir əməliyyatla qarın nahiyəsindən girilərək nazik qidalanma borusu yerləşdirilir.

Mədə xərçənginin müalicəsində “Hipertermiya” adlanan isti kimyaterapiya tətbiqi xəstəliklə mübarizədə uğurlu nəticələr əldə etməyə imkan veirirsti kimyaterapiya prosesində qarın içi 42-43 dərəcəyə qədər qızdırılmış 4 litrə yaxın maye içərisindəki kimyaterapiya dərmanı ilə 30-90 dəqiqə ərzində yuyulur.Bu üsulla, kimyaterapiya dərmanı toxumalara daha çox nüfuz edərək bütün qarın boşluğuna bərabər şəkildə təsir edir. Mədə xərçəngində şiş limfa düyünlərinə yayılarsa kimayterapiya tətbiq olunur

 

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.