Neyroendokrin şişlər

Neyroendokrin şişlər (NEŞ) bədənin neyroendokrin sistemində hormon ifraz edən endokrin və sinir hüceyrələrində yaranır. Bədənin neyroendokrin sistemi endokrin hüceyrələr (və ya hormon ifraz edən hüceyrələr) və sinir hüceyrələrindən ibarətdir. Neyroendokrin hüceyrələri əsasən həzm sistemi (mədə, bağırsaq) və ağciyər kimi orqanlarda mövcuddur. Bu hüceyrələr ağciyərlərə hava dövranını və qan axınını təmin etmək və həzm sistemindən keçən qida maddələrinin sürətini tənzimləmək kimi funksiyalara malikdir. Xəstəliyin əlamətləri və şikayətlər neyroendokrin şişlərin yerləşdiyi orqan və ifraz etdiyi hormona görə müxtəlif şəkildə özünü biruzə verir."Ga-68-DOTATE PET / KT" neyroendokrin şişlərin diaqnozunda istifadə olunan ən müasir üsul olaraq tanınır. Neyroendokrin şişlərin müalicəsində cərrahi müdaxilə, krioablasiya, arterial embolizasiya və radiofrekans ablasiya kimi üsullar istifadə olunur. Cərrahi yolla müalicə edilə bilməyən neyroendokrin şişlərdə Litesium - Lu177 müalicə metodu tətbiq edilir. Litesium - Lu177 müalicə metodu beta şüası yayaraq şiş hüceyrələrini məhv edir. Qastroenteropankreatik neyroendokrin şişlərdə tətbiq olunan Peptid ReseptorRadionuklid müalicəsi, yüksək miqdarda somatostatin reseptorları ehtiva edən şiş hüceyrələrini hədəfləyən sistematik bir müalicə üsuludur. Bu müalicənin üstünlüyü yüksək dozlu radiasiyanın birbaşa şiş toxumasına nüfuz etməklə ətraf sağlam toxumaların minimum dərəcədə radiasiyaya məriz qalmasını təmin etməkdir. Digər bir üstünlüyü çarpaz atəş adlanan metod ilə şişlərin mərkəzindəki hipovaskulyar hüceyrələrə də təsir göstərməsidir. Çoxsaylı tədqiqatlar göstərdi ki, Ga-68-DOTA-okterotid PET / KT sintiqrafiyası, neyroendokrin şişlərin diaqnozunda və xəstəliyin drəcəsinin təyin edilməsində ən effektiv metoddur. Neyroendokrin şişlərinin müalicəsində istifadə edilən digər bir metod, Yittrium-90 (Y-90) mikrokürə müalicəsi, saf beta yayıcı radionuklid olan Y-90 ilə işarələnmiş mikrokürələrin intraarterial yolla şiş mikrosirkulyasiyasına daxil edilməsi ilə icra olunan radionuklid müalicə üsuludur. Y-90 mikrokürələr radioembolizasiya metodu kimi şişin daxilinə tətbiq edilərək ətraf toxumalar və orqanları şüalanmadan və xəstəliyin yayılmasından qoruyur.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.