Onurğa deformasiyaları

İnsan onurğası onurğa adlanan 23-ü hərəkətli olmaqla ümumilikdə 33 sümükdən iarətdir.Hərəkətlərimizi təmin edən və onurğaların hər birinə bağlanan güclü onurğa əzələlərimiz vardır. Mərkəzi sinir sisteminin ən vacib hissələrindən biri olan onurğa beyni də onurğa daxilində yerləşir. Bundan başqa onurğa nəfəs almağımızı və hərəkət etməyimizi təmin edir.Onurğa sidik və nəcis ifrazı fünksiyalarını da idarə edir,daxili orqanları qoruyur
Sağlam bir onurğa üçün, dik durmaq, ağır yüklər qaldırmamaq və düzgün oturmaq vacibdir.

Skolioz. Onurğanın və ya arxa sümyün "S" və ya "C" şəklində yanlara doğru əyriliyi Skolioz adlanır.Skoliozda onurğalar sağa və ya sola doğru yer dəyişdirir. Bu səbəbdən belə deformasiyalar üç ölçülü deformasiya olaraq təyin olunur. Skolioza bağlı olaraq, onurğadan əlavə ombada, döş qəfəsi və kürək sümüklərində sürüşmələr olur. Skolioz yalnız uşaqlarda deyil, böyüklərdə də müşahidə edilə bilər. Bunların əksəriyyəti uşaqlıq dövründə yaranan lakin nəzərə çarpmayan və beləliklə irəli yaşlara qədər davam edən skoliozlardır. 50 yaşdan sonra onurğada baş verən aşınmalar səbəbindən skolioz müşahidə edilə bilər. Skolioz müalicəsində 3 üsul var: Daimi tibbi nəzarət, Korset müalicəsi və Cərrahiyyə.

Bəzi hallarda, anormal onurğanı (hemivertebrektomiya) çıxararaq əyriliyi aradan qaldırmaq mümkündür.

Böyüməkdə olan çubuqlarla əyrilik nəzarəti:Çox balaca uşaqlardakı əyrilik, füzyon etmədən əyriliyin üst və alt hissəsinə yerləşdirilən vintlər ilə birləşdirilmiş çubuqlar vasitəsilə düzəldilə bilər. Daha sonra, hər 6 ayda bir periodik uzatmalarla əyriliyə nəzarət təmin edilir. Daha irəli yaşlarda isə füzyon tətbiqi həyata keçirilir. Kiçik uşaqlarda bunu etmənin səbəbi böyüməni qoruyaraq gövdənin qısalığının qarşısını almaq , ağciyər və döş qəfəsinin normal ölçülərdə böyüməsini təmin etməkdir.

İpli skolioz,yəni maqnit çubuqlarla həyata keçirilən Füzyonsuz Skolioz müalicəsi:Bu əməliyyat növü onurğanın ön hissəsindən kiçik kəsiklərdən girilərək bəlli olmayacaq şəkildə onurğalara vint yerləşdirmə prosedurudur. Endoskopik şəkildə həyata keçirilən əməliyyatda, kiçik dəliklər açılaraq onurğalar kamera görüntüsü altında vintlənir. Bu vintlər üzərində xüsusi maqnit iplər vasitəsi ilə əyrlik düzəldilir. Skolioz əyriliyinin inkişafına səbəb olan boy uzanması, İpli Skolioz metodu (Fusless Scoliosis) sayəsində müalicə edilir. Bu üsulla əməliyyat olunan xəstələrdə demək olar ki, 100% yaxşılaşma müşahidə edilir.

Kongenital Skolioz. Ana bətnində körpənin inkişafı zamanı ortaya çıxan onurğa patalogiyasıdır. Həm kongenital skoliozu olan,həm də qabırğa anomaliyası və yetərsiz döş qəfəsi inkişafı olan xəstələrdə döş qəfəsinə yerləşdirilən maqnit çubuqlarla həm döş qəfəsi anomaliyası bərpa edilir, həm də onurğa əyriliyi nəzarət altına alınır. Bu xəstələrdə hər 6 ayda bir periodik uzatmalar etmək lazımdır. Müalicəsi çətin olan kongenital skolioz70-80 dərəcədən yuxarı əyriliklərdir. Bu əyriliklərdə, deformasiya olunmuşonurğanı çıxararaq və ya çıxartmadan titan çubuqlar və vintlərlə bərpası həyata keçirilir.

Kifoz (Qozbellik). Kifoz onurğanın gözlə görülə bilinəcək qədər önə doğru əyilməsidir. Onurğanın önə doğru əyilməsi qozbellik şəklində özünü biruzə verir. Xəstəlik zamanı onurğanın üst hissəsi xaricə doğru, alt hissəsi isə içəriyə doğru əyilir. Əyriliyin dərəcəsinin çox olması döş qəfəsində ağrı və sıxılma eyni zamanda tənəffüs çətinliyi ilə nəticələnə bilər. Uşaqlarda kifoz əlamətləri: qol və ayaqda anormallıqlar, qeyri-mütənasib bədən, qol, ayaqlar və çiyinlərin bərabərsizliyi, tarazlığın itirilməsi, önə əyilmiş vəziyyətdə qozbellik və s. Erkən yaşda rast gəlinən kifozun ən effektiv müalicə üsulu kifoz əməliyyatıdır. Kifoz əməliyyatı ilə xəstənin onurğa əyriliyi normal ölçülərə gətirilərək müalicə olunur. Kifoz yetişkin insanlarda doğuşdan meydana gələn əyriliyin sonrakı illərdə daha da artması ilə müşahidə edilir. Böyüklərdə kifoz əlamətləri;

  • önə doğru əyrilik
  • yüngül və ya şiddətli bel ağrısı
  • əzələlərdə yorğunluq hiss etmək
  • onurğalarda həddindən artıq həssaslıq

Tam Füzyon kifotik deformasiya əməliyyatı. Proqressiv kifotik deformasiyaların cərrahi yolla müalicəsi tam füzyon deformasiya olunmuş onurğanın artrodezidirvə bu zaman əsas məqsəd onurğaların bir-birinə birləşdirilməsidir. Bu prosedur yuxarı və aşağı normal onurğaları da əhatə etməlidir. Xəstədən götürülmüş və ya toxuma bankından alınan sümük tozu kürək nahiyəsindən girilərək istifadə olunur.

“İnstrument Füzyon” və Osteotomiya.Proqressiv kifotik əyriliklərdə bir qədər böyük uşaqlarda çubuq və vint kimi alətlərə ehtiyac ola bilər. Spinal kord onurğa uzadıcı texniklara dözümlülük göstərməzsə bu zaman onurğaların çıxardılması həyata keçirilir. Kürək nahiyəsindən girərək icra olunan onurğa çıxarılması kifozun müalicəsində uğurla tətbiq olunur.

Boyun və bel yırtıqlarının qapalı yəni endoskopik cərrahiyyəsi. Boyun və bel bölgəsindəki yırtıqlar aşkar edildikdə, ağrının şiddətindən asılı olaraq tibbi müalicə və ya fizioterapiya tətbiq olunur. Aparılan müalicələrə baxmayaraq ağrı və digər şikayətlər aradan qalxmazsa, cərrahi müalicəyə qərar verilir. Xəstənin boynunda və ya belindəki yırtıqların ölçüsü, yeri və şikayətləri nəzərə alınmaqla açıq və ya qapalı cərrahiyyə üsulları tətbiq edilir. Müasir dövrdə insanların qısa müddət ərzində normal həyat və iş fəaliyyətinə davam edə bilmələri məqsədi ilə Endoskopik, yəni tam qapalı olan "Mini İnvaziv Cərrahiyyə Sistemi" adlanan cərrahi üsullar tətbiq edilməkdədir. Açıq əməliyyat olmadan kiçik kəsiklərlə həyata keçirilən bu əməliyyatdan dərhal sonra xəstələrin tez bir zamanda normal həyatlarına geri dönməsi mümkündür.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.