Pankreas xərçəngi (Mədəaltı vəzi xərçəngi)

Mədəaltı vəzi mədənin arxasında köndələn istiqamətdə yerləşən süngərə bənzər orqandır.Müxtəlif hormon və fermentlər ifraz edən mədəaltı vəzi,ifraz etdiyi İnsulin və Qlükaqon hormonları vasitəsi ilə qan şəkərini tənzimləyir. Mədəaltı vəzi xərçəngi, mədəaltı vəzindəki hüceyrələrin nəzarətsiz şəkildə çoxalması ilə meydana gəlir. Mədəaltı vəzi xərçəngi səbəbləri tam olaraq bilinməsə də, siqaret və genetik amillər xərçəngin meydana gəlməsinin ən vacib risk faktorları hesab olunur.Mədəaltı vəzi xərçənginin erkən mərhələsində xəstəliyin əlamətləri özünü biruzə verməyə bilər. Əlamətlər müşahidə edildikdə şiş artıq mədəaltı vəzidən kənara sıçramış və uğurlu müalicə əldə etmə şansı ən az səviyyə enmişdir.Bu səbəbdən erkən diaqnoz və mütəmadi həkim nəzarəti mədəaltı vəzi xərçəngi üçün böyük əhəmiyyət daşıyır. Mədəaltı vəzi xərçənginin əlamətləri arasında ürək bulanması, iştahsızlıq, çəki itkisi,yavaş inkişaf edən sarılıq,tünd rəngli sidik, mədə çıxışında tıxanıqlıq və ağrı kimi hallar müşahidə edilir.Xərçəng mədəaltı vəzin başında, gövdəsində və ya quyruğunda ola bilər.10 mədəaltı vəzi xərçəngindən 7-8-i (70-80%) mədəaltı vəzin ön hissəsindədir.Şişin mədəaltı vəzidəki yerindən asılı olaraq xəstəlik əlamətləri müxtəlif ola bilər.Mədəaltı vəzin ön hissəsindəki şişlər əsasən sarılıq əlaməti ilə müşahidə edildiyi halda gövdə və quyruq hissədəki şişlər çəki itkisi və ağrılarla özünü biruzə verir.Mədəaltı vəzi xərçənginin diaqnostikası müxtəlif testlər,mədəaltı vəzi və ətraf orqanların ətraflı görüntülənməsi vasitəsi ilə aparılır. Xəstəliyin diaqnoz və dərəcələndirilməsində;

  • Qan analizləri
  • Qarın boşluğu ultrasəsi
  • Maqnit-rezonans görüntüləmə (MR)
  • Kompüter tomoqrafiya
  • Pozitron Emissiya Tomoqrafiyası (PET Scan)
  • Endoskopik ultrasəs
  • Biopsiya kimi diaqnostik metodlardan istifadə olunur.

Mədəaltı vəzi xərçəngi müalicəsi cərrahiyyə, kimyaterapiya və radioterapiya olmaqla üç fərqli üsul ilə həyata keçirilir.Mədəaltı vəzi xərçəngi müalicəsi Qastroenterologiya, Cərrahiyyə, Tibbi onkologiya, Radiasiya onkologiyası və bir çox digər sahələrdə ixtisaslaşmış bütün həkimlər ilə birlikdə tətbiq olunur.Xərçəng inkişaf etmiş bir mərhələdə deyilsə, ən uyğun müalicə üsulu əməliyyatdır.Şişin əməliyyat ilə çıxarılması mümkündürsə ənənəvi 'Whipple əməliyyatı' tətbiq edilir. Whipple əməliyyatı bir-birinə yaxın və bitişik olan 3 orqanda meydana gələn şişlərdə o bölgəni tamamilə təmizləmək üçün tətbiq olunan cərrahi üsuldur.Tətbiq olunan Whipple əməliyyatında; mədəaltı vəzin ön hissəsi ilə birlikdə öd kisəsi,əsas öd kisəsi kanalının bir hissəsi,onikibarmaq bağırsağı, mədənin bir hissəsi və ətraf limfa düyünləri çıxarılır. Bu əməliyyat ilə mədəaltı vəzin baş və boyun hissəsi kəsilir və mədəaltı vəzinin qalan hissəsi isə incəbağırsağa bağlanır.Əməliyyatın ən vacib tərəfi alınan bu orqanların bir-birilə düzgün bir şəkildə yenidən əlaqələndirilməsidir.Whipple əməliyyatı zamanı mədə qapağı da adlandırılan əzələ sistemini qorumaq üçün "Pilor Qoruyucu Whipple" proseduru tətbiq olunur.Beləliklə,əməliyyat sonrası həzm sistemi şikayətlərinin qarşısı alınır. Whipple əməliyyatında xəstənin həzm fəaliyyətinin yenidən normal işləməsi məqsədilə həzm sistemi kanalının qalan hissələri cərrahlar tərəfindən birləşdirilir. Whipple əməliyyatı mütəxəssis və təcrübəli həkimlər tərəfindən icra olunmalıdır. Mədəaltı vəzi xərçənginin müalicəsindətətbiq olunan radioterapiya şişin yeri və ölçüsü əməliyyatı çətinləşdirərsə və ya əməliyyat uyğun olmadığı hallarda ayrıca və ya kimyaterapiya ilə birlikdə istifadə edilir.Bəzi hallarda əməliyyat sonrası relapsların qarşısını almaq üçün radioterapiya verilə bilər. Kimyaterapiya müalicəsində xərçəng hüceyrələrini öldürmək üçün antixərçəng dərmanlardan istifadə olunur.İrəli dərəcə mədəaltı vəzi xərçəngində cərrahiyyə və radioterapiyanın əhəmiyyətli dərəcədə müsbət təsiri yoxdur.Belə xəstələrə kimyaterapiya tətbiqi onların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq ömürlərini bir neçə il uzadır.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.