Proton müalicəsi (proton beam therapy, pbt) ənənəvi radioterapiyada istifadə olunan rentgen şüalari əvəzinə yüksək enerjili proton hissəciklərinin istifadə edildiyi radioterapiya metodudur.Protonlar atomu təşkil edən hissəciklərdir.Proton müalicəsində bu atom səviyyəli hissəciklərdən istifadə edilməsi xərçəng hüceyrələrini məhv edir.Siklotron adlanan cihaz sayəsində proton hissəcikləri sürətləndirilir və enerji qazanılır.Proton müalicəsində,radiasiya yüksək dərəcəli dəqiqliklə birbaşa xərçəng hüceyrələrini hədəf alır və beləliklə ətraf sağlam toxumalar maksimum dərəcədə qorunmuş olur.Proton müalicəsində radiasiya miqdarının təyin edilməsi və radiasiyanın sırf xərçəngli bölgəyə verilməsi kimi prosedurlar daha dəqiqliklə tənzimlənir.Əsasən pediatrik xəstələr olmaqla,nadir rast gəlinən şişlərin müalicəsində Proton müalicəsinin tətbiq edilməsi nəticəsində uğurlu nəticələr əldə edilir.Xüsusilə,pediatrik xərçəng xəstəliklərinin müalicəsində klassik radioterapiya ilə müqayisədə proton müalicəsi daha effektiv xarakterə malikdir.Böyüklərdə uveal (göz) melanoması,yumşaq toxuma şişləri (sarkomalar),onurğa xərçəngi,ağciyər xərçəngi,prostat xərçəngi,qida borusu xərçəngi xəstəliklərində də Proton müalicəsi uğurla tətbiq edilir və kifayət qədər müsbət nəticələr əldə edilir.Xüsusilə,baş və boyun xərçəngi olan uşaqlar proton şüa terapiyası ilə müalicə edildikdə daha uğurlu nəticələr əldə edilir.Proton müalicəsinin tətbiq edilidiyi beyin şişləri:
Böyüklərdə:
- Akustik nevrinoma
- Meningiomalar
- Hipofiz adenomaları
- Aşağı və yüksək dərəcəli gliomalar
- Kordoma
Uşaqlarda:
• Pilositik astrositoma
• Ependimoma
• Medulloblastoma
• Kraniofaringioma
Müxtəlif növ Pediatrik xərçəng xəstəliklərinin müalicəsində proton müalicəsinin üstünlükləri:
- Şişi yüksək dəqiqliklə hədəf alaraq ətraf sağlam toxumalara zərər vermədən xərçəng hüceyrələrini yüksək dozada şüalandırır
- Əqli və fiziki inkişafın ləngiməsi,inkişaf anomaliyaları,hormonal problemlər kimi risklərin minimum dərəcədə olması
- FDA təsdiqli müalicə
- Mürəkkəb və dəyişkən formalı şişlərin yüksək həssaslıq və dəqiqliklə müalicəsi
- Klassik radioterapiya almış pediatrik xəstələrdə təkrarlanan şişlərin effektiv müalicəsi
Proton müalicəsinin tətbiq edildiyi pediarik xərçəng xəstəlikləri:
- Kraniofaringioma
- Ewing sarkoması
- Ependimoma
- Medulloblastoma
- Neyroblastoma
- Rabdomyosarkoma
- Retinoblastoma
- Hodgkin xəstəliyi
- Osteosarkoma
- Optik sinir meningiomaları
- Gliomalar / astrositomalar
- Kordomalar
- Kondrosarkomalar
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
