Qaraciyər Xərçəngi

Qaraciyər, qarın boşluğunun yuxarı sağ hissəsində, diafraqmanın altında və mədənin üstündə yerləşən bir orqandır. Qaraciyərdə bir neçə növ xərçəng yarana bilər. Qaraciyər xərçənginin ən geniş yayılmış növü, əsas qaraciyər hüceyrəsində (hepatosit) yaranan hepatosellular karsinomadır. Adətən qaraciyərə təsir edən bütün xərçənglər qaraciyər xərçəngi hesab edilmir. Xərçəng bədənin başqa orqanlarında başlayıb –yoğun bağırsaq, ağciyər və ya süd vəzisi kimi - və qaraciyərə yayılarsa bu qaraciyər xərçəngi deyil metastatik xərçəng adlanır. Qaraciyər xərçənginin əlamətləri:

  • Arıqlamaq,iştahsızlıq
  • Qarının üst hissəsində ağrı
  • Bulantı və qusma
  • Ümumi zəiflik və yorğunluq
  • Qarın bölgəsində şişlik

Qaraciyər xərçənginin diaqnostikasında ; qan testləri. ultrasəs müayinəsi, KT, MRT və qaraciyər biopsiyası kimi üsullar istifadə edlir.

Müəyyən hallarda qaraciyər xərçəngi və şişin ölçüsü kiçik olarsa və qaraciyər funskiyasında hər hansı bir problem olmazsa onu əhatə edən sağlam qaraciyər toxumasının kiçik bir hissəsinin alınması üçün cərrahiyyə tövsiyyə oluna bilər.

Erkən qaraciyər xərçəngi olan az sayda xəstələrdə tətbiq edilən digər bir üsul qaraciyər nəqli əməliyyatıdır. Qaraciyər nəqli əməliyyatı zamanı xəstə qaraciyər çıxarılaraq donordan alınan sağlam qaraciyər ilə əvəz olunur.Əməliyyata uyğun olmayan xəstələrdə bəzi digər invaziv üsullar tətbiq edilə bilər:

Kimyəvi embolizasiya (Kimyaterapiya dərmanlarının qaraciyərə yeridilməsi üsulu). Kimyəvi embolizasiya metodunda, xərçəng əleyhinə dərmanların birbaşa qaraciyərə verilməsi ilə şişin böyüməsi məhdudlaşdırılır. Qasıq bölgəsindən angioqrafik yolla bəzən də qoldan kateter vasitəsi ilə şiş əleyhinə dərman maddəsi birbaşa şişi qidalandıran arteriyaya vurulur və onun kənara axını əngəllənir.

Holmium-166 (Ho-166) .Ho-166 müalicəsi cərrahi yolla çıxarılması çətin olan qaraciyər şişlərində uğurla tətbiq edilən müasir müalicə üsuludur. Neyroendokrin xərçəngə bağlı qaraciyər metastazı olan xəstələrdə Peptid reseptor radionuklid (Lu-177) müalicəsi ilə yanaşı istifadə edilən Holmium-166 radioembolizasiyası təhlükəsiz və effektivdir. Böyük qaraciyər şişləri olan xəstələrdə, o cümlədən peptid reseptor radionuklid terapiyasından sonra radioembolizasiya tətbiq edilə bilər. Holmium-166, yüksək enerjili beta dalğaları yayan radioaktiv hissəcikdir və 2010-cu ildən bəri xərçəng xəstəliklərinin müalicəsində aktiv şəkildə istifadə edilməkdədri. Holmium-166 müalicəsi bir növ daxili radioterapiya üsuludur.

Yittrium 90 müalicəsi. Qaraciyərdə olan şişin daxilinə radioterapevtik maddə olan Yittirium 90 verilir.Başqa sözlə, bədən daxilində "radioterapiya" tətbiq olunur. Bədənə kateter vasitəsi ilə radiasiya yayan kiçik hissəciklər daxil edilir. Yittrium-90 (Y-90) mikrokürə müalicəsi, saf beta yayıcı radionuklid olan Y-90 ilə işarələnmiş mikrokürələrin intraarterial yolla şiş mikrosirkulyasiyasına daxil edilməsi ilə həyata keçirilən radionuklid müalicə üsuludur. Y-90 mikrokürələr radioembolizasiya metodu kimi şişin daxilinə tətbiq edilərək ətraf toxumalar və orqanları şüalanmadan və xəstəliyin yayılmasından qoruyur. Yittrium-90 müalicəsinin üstünlükləri radiasiyanın birbaşa hədəfə nüfuz etməsi, digər bölgələrin radiasiya təsirinə məruz qalmaması və digər müalicə metodları ilə birlikdə kompleks halda tətbiq edilməsidir.

Radiofrekans ablasiyası (Xərçəng hüceyrələrinin isidilməsi). Bu prosedurda elektrik cərəyanı xərçəng hüceyrələrini isitmək və məhv etmək üçün istifadə olunur. Prosedur zamanı ultrasəs və ya kompüter tomoqrafiyası nəzarəti altında həkim bir neçə nazik mili qaraciyərdə olan şiş toxumasına daxil edir. Bundan sonra milin ucunda elektrik cərəyanı vasitəsilə yüksək hərarət yaradılır və şiş hüceyrələri məhv edilir.

Krioablasiya (Xərçəng hüceyrələrinin dondurulması). Krioablasiya prosedurunda xərçəng hüceyrələrini məhv etmək üçün həddindən artıq mənfi dərəcə temperaturdan istifadə edilir. Prosedur zamanı maye azot tərkibli alət (krioprob) birbaşa qaraciyər şişlərinin üzərinə yerləşdirilir. Ultrasəs görüntüləri krioprobu istiqamətləndirmək və hüceyrələrin dondurulmasını izləmək üçün istifadə olunur.

Alkoqol inyeksiyası. Bu zaman açıq əməliyyatla və ya ultrasəs nəzarəti altında dərindən keçməklə şiş daxilinə birbaşa təmiz spirt vurulur. Spirt şiş hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir.

Radioterapiya. Radioterapiyada xərçəng hüceyrələrini məhv etmək və şişlərin ölçüsünü kiçiltmək məqsədi ilə çox güclü enerji mənbələrindən istifadə edilir.Radioterapiya cərrahi yolla çıxarılması mümkün olmayan şişin kiçildilməsində eyni zamanda əməliyyatdan sonra qalıq xərçəng hüceyrələrinin məhv edilməsi məqsədilə də tətbiq edilə bilər

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.