Qida borusu, varikoz venaları yemək borusunun distalında genişlənmiş və uzanmış submukozal damarlardır. Qida borusu (Ezofaqus) varikozları, qida borusunun divarlarında şişən damarlardır. Bu varikoz damarları ciddi qanaxma və yırtılmalara səbəb ola bilər. Damarların şişməsinin səbəbi qapı venalarının yüksək təzyiqə məruz qalmasıdır. Buna portal hipertoniya da deyilir. Portal hipertoniya adətən qaraciyərdə meydana gələn sirrozdan qaynaqlanır. Qida borusu varikozu, "portal damar" adlandırdığımız venaların axınını pozan xəstəliklərlə əlaqələndirilir.
Əlamətlər:
- Qida borusu varikoz venalar qanayan zaman, hematemez (qanlı qusma), melena (qanlı nəcis ifrazı) kimi əlamətlər müşahidə edilə bilər
- Əgər varikoz damarlar qaraciyər sirrozu ilə əlaqədardırsa, sirroz əlamətləri də görülür (sarılıq, qanaxma diatezi (asan zədə və qanaxma), zəif qidalanma, şüur bulanıqlığı və koma).
Endoskopik band ligasyon,qidaborusu varikoz damarların qanaxmalarının müalicəsində istifadə edilən üsuldur. Bu metodla endoskopiya vasitəsi ilə ezofaqusa girərək genişlənmiş damarlar aşkar edilir. Varikoz damarları qanaxma olmayacaq şəkildə elastik bir bantla sarılır. Beləliklə, Varikoz damarlarına gedən qan axını kəsilir.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
