Qırtlaq qığırdaqlardan təşkil olunan, boyunda yerləşən, nəfəs və yemək borusunu bir-birindən ayıran orqandır. Qırtlaq xərçəngi,qırtlaq hüceyrələri genetic mutasiyaya məruz qaldıqda baş verir. Larinks və ya laringeal xərçəng kimi də bilinən qırtlaq xərçəngi, baş və boyun xərçəngləri arasında ən çox görülən xərçəng növlərindən biridir. Qırtlaq xərçənginin əlamətləri:
- 3 həftədən çox davam edən səs
- Udqunmada yaranan çətinlik
- Nəfəs darlığı
- Qulaq ağrısı
- Öskürək
- Qırtlaq ağrısı
- çəki itirmək
Qırtlaq xərçənginin səbəbi hal- hazırda dəqiq məlum deyil. Lakin mütəxəssislər qırtlaq xərçənginin inkişafında bir çox amillərin iştirak etdiyini düşünürlər. Xüsusilə siqaret çəkən və ya uzun müddət və çox miqdarda spirtli içkilər qəbul edən insanlarda qırtlaq xərçəngin yaranma riski xeyli artır. Kişilərdə xərçəng xəstəliyinə tutulma ehtimalı qadınlara nisbətən yeddi dəfə çoxdur. Qırtlaq xərçənginin diaqnozunda; Həkim müayinəsi, Nazendoskopiya, Laringoskopiya, Biopsiya, rentgen, ultrasəs, KT, MRT və PET KT kimi diaqnostik müayinə üsullarından istifadə olunur. Adətən qırtlaq xərçənginin müalicəsində cərrahiyyə, radioterapiya və kimyaterapiya istifadə olunur. Qırtlaq xərçəngində tətbiq edilən cərrahi müalicə üsulları:
Endoskopik üsulla qırtlağın bir hissəsinin alınması (Endoskopik lazer əməliyyatı). Bu əməliyyat adətən erkən mərhələdə aşkar edilən qırtlaq xərçəngində tətbiq edilir. Xalq arasında ağız içi lazer əməliyyatı olaraq bilənən endoskopik rezeksiya əməliyyatı ağız yolu ilə həyata keçirildiyi üçün hər hansı bir kəsik açılmır. Prosedur zamanı lazer istifadə edildiyi üçün qanaxma daha az görülür. Prosedur əməliyyatxanada ümumi anesteziya altında aparılır. Ağız içi lazer əməliyyatı adətən danışma və udqunma ilə bağlı daimi problemlərə yol açmır.
Qırtlaq xərçəngi laringektomiya əməliyyatı zamanı, qırtlağın xərçəngli hissəsi və ya tamamilə hamısı cərrahi yolla alınır. Qırtlağın yalnız bir hissəsinin çıxarıldığı əməliyyatlar, boyundakı kiçik bir kəsik açmaqla və ya ağız yolu ilə, heç bir kəsik olmadan həyata keçirilə bilər. Bu əməliyyatlarda xəstənin nəfəs ala bilməsi üçün boynunda kiçik bir dəlik açılır. Bu dəlik əməliyyatdan sonra bağlanır. Qismən laringektomiya əməliyyatlarından sonra müvəqqəti olaraq nitq problemi ola bilər.
Qırtlağın bütünlüklə tamamının çıxarıldığı total laringektomiya əməliyyatlarında nəfəs ala bilmək üçün, nəfəs borusu boğazda açılan dəliyə bağlanır.Bu əməliyyatlarda boğazda açılan dəlik qalıcıdır. Total laringektomiya əməliyyatlarından sonra xəstə səsini itirir. Danışma cihazı və ya səs cihazı olaraq bilinən səs protezləri vasitəsi ilə xəstənin nitq problemi həll edilir.
Xərçəngli limfa düyünlərinin çıxarıldığı cərrahiyyə (Boyun disseksiyası). Qırtlaq xərçəngi bəzən boyundakı limfa düyünlərinə yayıla bilər. Bəzən qərtlaq xərçənginin cərrahi müalicəsində limfa düyünlərinin bir qismini və ya hamısını çıxarmaq lazım gələ bilər. Limfa düyünlərinin çıxarıldığı boyun disseksiyası əməliyyatlarında əzələlər, sinirlər və yaxın toxumalarda çıxarıla bilər.
Radioterapiya müalicəsi. Erkən mərhələ qırtlaq xərçəngində ilk olaraq radioterapiya müalicəsinə üstünlük verilir. Xərçəng hüceyrələrini məhv etmək məqsədi ilə yüksək enerjinin istifadə edildiyi radioterapiya şişin ölçüsündən və yerləşdiyi yerdən asılı olaraq cərrahiyyə və kimyaterapiya ilə bərabər tətbiq ediə bilər.
Kimyaterapiya müalicəsi. Qırtlaq xərçəngində kimyaterapiya müalicəsi əməliyyatdan əvvəl və sonra tətbiq edilə bilər. Əməliyyatdan əvvəl kimyaterapiya tətbiq edərək, şişin ölçüsünü kiçiltməklə əməliyyat edilə bilən səviyyəyə çatdırıla bilər. Qırtlaq xərçənginin təkrarlanmasının qarşısını almaq məqsədi ilə kimyaterapiya tətbiq edilə bilər.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
