Radioaktiv yod-131 müalicəsi zəhərli zob və tiroid xərçəngi müalicəsində istifadə olunur.Radioaktiv yod-131 müalicəsinin məqsədi zəhərli zob xəstələrində qana çox miqdarda tireoid hormonları ifraz edən vəz toxumasını normal vəziyyətə salmaqdır. Tiroid xərçəngi diaqnozu qoyulan xəstələrdə tətbiq edilən radioaktiv yod-131 müalicəsi cərrahi əməliyatdan sonra qalan tireoid toxumasını, limfa düyünündə və ya bədənin digər hissələrində qalan tiroid xərçəng hüceyrələrini məhv edir.Radioaktiv yod terapiyası əməliyyatdan təxminən 3-4 həftə sonra tətbiq edilə bilər. Radioaktiv yod-131 şişin ölçüsü 1 sm-dən çox olan bütün xəstə qruplarında ablasiya (əməliyyat yolu ilə çıxarıla bilməyən qalan tiroid toxumasını məhv etmək) və terapevtik məqsədlər üçün tətbiq edilir. Şişin ölçüsü 1 sm-dən azdırsa, ümumi tiroidektomiya əməliyyatı kifayətdir, lakin şişin ölçüsü 1 sm-dən az olmağına baxmayaraq, metastaz aşkar edilərsə,daha öncə boyun bölgəsinə radioterapiya tətbiq edilibsə və ya bədxassəli hüceyrə tipi mövcuddursa radioaktiv yod müalicəsi tətbiq edilə bilər. Preparat xəstəyə ağız yolu ilə aşağı dozalarda maye şəklində, yuxarı dozalarda isə kapsul şəklində verilir. Radioaktiv yod müalicəsində saç tökülməsi, mədə-bağırsaq sistemi ilə bağlı əks təsirlər müşahidə edilmir.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
