Süd vəzi xərçəngi,süd vəzi hüceyrələrində başlayan ,bu hüceyrələrin məhdudiyyətsiz və nəzarətsiz şəkildə çoxalması nəticəsində yaranan xərçəng növüdür. Süd vəzi xərçəngində ən vacib məqam xərçəngin qan və limfa yolu ilə digər orqanlara yayılmadan öncə dəqiq diaqnozunun qoyulmasıdır. Erkən diaqnoz nəticəsində xəstəliyin müalicəsində müsbət irəliləyiş əldə etmə şansı daha çoxdur. Süd vəzi xərçəngi əlamətlərini bilmək və süd vəzi xərçəngini erkən mərhələdə aşkarlamaq xərçəngin inkişafının qarşısının alınması üçün çox vacibdir.Bu məqsədlə hər bir qadın 20 yaşdan sonra öz-özünü süd vəzi müayinəsi etməlidir. Öz-özünü süd vəzi müayinəsi menstruasiya bitdikdən 5-7 gün sonra, menstruasiya olmayan qadınlar isə ayda bir dəfə edilməlidir. Süd vəzi xərçənginin əlamətləri:
- Əllə müayinə edildikdə qoltuq altında və süd vəzində ələ gələn kütlə (şiş) hissedilməsi
- Süd vəzi giləsinin içəriyə doğru çökməsi
- Süd vəzi ölçüsündə və ya şəklində müşahidə edilən dəyişiklik.
- Süd vəzi dərisində qızartı,yaralar, damar genişlənməsi, daxilə doğru çökmə, geniş yayılmış kiçik şişlər və portağal qabığı görünüşlü nöqtələr.
- Süd vəzi giləsi və ətrafında rəng və forma dəyişikliyi, süd vəzi giləsinin böyüməsi, içəriyə doğru çökmə, istiqamət dəyişdirmə, qabıqlanma, çatlar və yaralar.
Xəstəliyin diaqnostikasında süd vəzi ultrasəsi,süd vəzi MRT-i, mammoqrafiya,qan testləri, PET KT, biopsiya kimi müayinələr həyata keçirilir. Xərçəng diaqnozu təsdiqləndikdən sonra xəstəliyin dərəcəsi, xəstənin ümumi sağlamlığı nəzərə alınaraq aşağıdakı müalicə üsulları tətbiq edilir:
Cərrahi müalicə. Müasir dövrdə süd vəzi xərçənginin müalicəsində cərrahi müdaxilənin bir neçə tətbiq üsulu var.Bunlar iki əsas qrupa bölünür
Süd vəzi qoruyucu cərrahiyyəsi və mastektomiya.
Süd vəzi qoruyucu cərrahiyyəsində süd vəzisi tamamilə deyil yalnız xərçəngli bölgə çıxarılır. Süd vəzi qoruyucu əməliyyatının ən böyük üstünlüyü xəstənin süd vəzisinin böyük bir hissəsinin qorunmasıdır. Əməliyyatdan sonra xəstəyə radioterapiya tətbiq ediləcəksə radioterapiya müalicə sahəsi, əməliyyat zamanı şişin çıxarıldığı bölgəyə yerləşdirilən kiçik metal klipslərlə işarələnir.
Mastektomiya əməliyyatında,süd vəzisi tamamilə çıxarılır. Bu əməliyyatla bütün süd vəzi toxumaları,bəzi hallarda ətraf toxumalar da çıxarılır.
Süd vəzisinin tamamilə çıxarıldığı hallarda, plastik cərrahiyyə üsulları ilə süd vəzi rekonstruksiyası icra olunur.Süd vəzi rekonstruksiyası, xəstənin ümumi vəziyyətindən, şişin ölçüsü və xəstəliyin dərəcəsindən asılı olaraq xərçəng əməliyyatı ilə eyni vaxtda və ya əməliyyatdan sonra icra oluna bilər. Silikon protezli süd vəzi rekonstruksiyasında,cərrah süd vəzi toxumasını çıxardıqdan sonra plastik cərrah tərəfindən süd vəzi implantı yerləşdirilir.
Otoloq (xəstənin özünə aid olan toxumadan) toxuması ilə həyata keçirilən süd vəzi rekonstruksiyasında, tamamilə və ya qismən çıxarılan süd vəzisinin xəstənin öz orqanizmindən alınan toxumalarla tamamlanması ve yeni süd vəzisi yaradılması kimi cərrahi üsullar icra olunur. Beləliklə,dəri,yağ və əzələdən ibarət toxuma hissələrini bədənin bir tərəfindən digərinə əlavə etməklə süd vəzi rekonstruksiyası icra olunur.
Radioterapiya müalicəsi. Cərrahi müdaxilədən sonra yox olmayan xərçəng hüceyrələrini məhv etmək məqsədi ilə süd vəzi bölgəsi və qoltuq altına radioterapiya tətbiq edilir. Ən çox istifadə olunan metod xarici (external beam radiation) radiasiya metodudur. Əməliyyatdan sonra 4-6 həftə ərzində tətbiq olunur. Radioterapiyanın tətbiqi adətən 4-6 həftə ərzində, həftədə 5 gün nəzərdə tutulur.Radioterapiya müalicəsində İntra Operativ Radioterapiya və Trubeam cihazlarından istifadə, müalicənin müvəffəqiyyətlə nəticələnmə şansını daha da artırır. Süd vəzi xərçəngində intraoperativ radioterapiya süd vəzi qoruyucu əməliyyatı keçirən xəstələrə tətbiq olunur.İntra operativ radioterapiya cihazı minimum enerjili yüksək dozalı radiasiyanın birbaşa şişin olduğu bölgəyə, əməliyyatxanada şiş cərrah tərəfindən çıxarıldıqdan dərhal sonra tətbiqini təmin edir. Şiş çıxarıldıqdan sonra cihazın kürə şəkilli tətbiq başılığı yerləşdirilir və təxminən yarım saat ərzində şüalanma aparılır.
Kimyaterapiya (Dərman Müalicəsi) -xərçəng hüceyrələrinin dərmanlarla müalicəsidir. Bu dərmanlar ağız və ya damar yolu ilə qəbul edildikdən sonra bütün bədənə yayılır. Kimyaterapiya seanslarla verilir.Adətən 4-6 seans dövrü planlaşdırılır. Hər bir seans arası təxminən 3 həftədir. Bəzi hallarda cərrahi müdaxilə ilə yanaşı kimyaterapiya da tətbiq oluna bilər.
Hormonoterapiya. Hormon müalicəsinin məqsədi, qadın hormonlarına həssas olan süd vəzi xərçəngində xəstələrdə hormon miqdarını azaltmaqdır. Estrogen hormonuna həssas olan bəzi xərçəng hüceyrələri daha sürətli böyüyür və çoxalır. Bu müalicə üsulu estrogen təsirini aradan qaldıraraq xərçəngin inkişafına mane olur.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
