Qadınların analıq və qadınlıq simvollarından biri olan süd vəzi, onlar üçün həyati və estetik əhəmiyyət daşıyır. Süd vəzi toxumasında meydana gələn hər bir kütlə xərçəng xəstəliyinin xəbərçisi demək deyildir. Süd vəzi toxumasında əmələ gələn bu kütlələr xoşxassəli və bədxassəli olmaqla iki qrupa bölünür. Xoş xassəli süd vəzi xəstəlikləri:
Süd vəzi kistaları,süd vəzilərin maye tərkibli boşluq şəklində olan xoşxassəli törəməsidir. Menstruasiya dönəminin ikinci yarısında kista böyüyə və zaman-zaman ağrıya səbəb ola bilər. Bəzən,diametri 3-5 sm-ə çata bilər. Süd vəzi kistası böyüyərsə daxilindəki maye iynə vasitəsi ilə xaric edilir. Süd vəzi kistasının quruluşu haqqında ən dəqiq məlumat verən diaqnostik metod, süd vəzi ultrasəsidir.
Süd vəzi kistalarından sonra süd vəzinin ən çox rast gəlinən xoş xassəli xəstəliklərindən biridir. Fibroadenomalar, süd vəzinin xoşxassəli şişləridir və adətən xərçəngə çevrilmə riski yox dərəcəsindədir. Qadınlarda daha çox yeniyetməlik və gənclik dönəmində rast gəlinir. Fibroadenomaların sayı eyni süd vəzində bir və ya daha çox ola bilər. Bundan başqa hər iki süd vəzində eyni anda mövcudluğu mümkündür. Müayinə zamanı kənarları hamar, hərəkətli, sərt kütlə halında ələ gəlir.
Süd vəzi giləsinin arxasındakı süd kanalları daxilində əmələ gələn xoşxassəli şişlərdir. Daha çox orta yaşlı qadınlarda rast gəlinir. İntraduktal papilloma süd vəzi giləsi axıntılarına səbəb ola bilər. Axıntı çox fərqli xüsusiyyətlərə malik ola bilər (sarı, tünd yaşıl və ya qəhvəyi rəngdə ola bildiyi kimi bulanıq və ya qanlı ola bilər). Süd vəzi xərçəngi yaranma riskinin minimum olduğu hesab olunur.
Müayinə zamanı sərt və hərəkətli kütlə olaraq ələ gəlir.Süd vəzi xərçənglərindən fərqli olaraq, filloid şişləri süd kanalları və ya süd vəzilərindən deyil, bunların arasındakı birləşdirici toxumadan qaynaqlanır. Adətən filloid şişlər ilə süd vəzinin xoş xassəli şişi olan fibroadenomaları bir-birindən ayırd etmək bir qədər çətindir.Fibroadenomalar daha çox 20-30 yaşlarda, filloid şişləri isə 40-50 yaşlarında görülür. Bundan əlavə, filloid şişləri fibroadenomalardan daha sürətli böyüyür.
Əsasən,yaşlı qadınlarda və yağ toxuması ilə zəngin olan süd vəzilərində görülür. Travma və infeksiya kimi amillər yağ nekrozunun yaranmasına səbəb ola bilər. Müayinə zamanı sərt və kənarları qeyri-müəyyən bir kütlə halında ələ gələ bilər. Yağ nekrozu, süd vəzi dərisində dartılamaya səbəb ola bilər. Yağ nekrozu, kliniki müayinə və mammoqrafiya zamanı müşahidə edilən əlamətlərə görə süd vəzi xərçənginə ən çox bənzəyən xoşxassəli süd vəzi xəstəliyidir.
Duktektaziya,süd vəzi giləsinin altındakı süd kanallarının genişlənməsidir. Süd vəzi giləsindən açıq rəngli, maye halında axıntı müşahidə edilə bilər. Müayinə zamanı süd vəzi giləsi altında sərt bir kütlə müşahidə edilir. Süd vəzi giləsindən axıntı gəldiyi zaman giləni qətiyyən sıxmaq olmaz. Nadir hallarda, müalicə məqsədi ilə bu bölgənin çıxarılması zəruri hesab edilə bilər.
Süd vəzi toxumasının iltihabi infeksiyalarıdır. Əsasən ana südü ilə qidalanma zamanı süd vəzi giləsindəki çatlaqlar səbəbindən yaranır. Süd vəzində infeksiya əlamətləri olan həssaslıq, qızartı, ağrı və dəri temperaturunun artımı müşahidə edilir. İstənilən hormonal pozğunluq, əsas da progesteron ilə estrogen arasındakı disbalans, süd vəzlərinin toxuma quruluşunun pozulması ilə müşayiət olunur və nəticədə mastopatiya inkişaf edir.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
