Sümük Xərçəngləri

Sümük xərçəngləri əsasən iki qrupa bölünür: sümükdə meydana gələn şişlər və digər orqanlarda yaranan şişlərin sümüyə nüfuz etməsi, yəni metastaz. Sümük metastazlarına daha çox prostat, süd vəzi, ağciyər, tiroid vəzi və böyrək xərçənglərində rast gəlinir. Sümük xərçəngi ilk növbədə sümük hüceyrələrində başlayır. Əsasən ayaq və qol sümüklərində meydana gəlir. Ən çox rast gəlinən sümük xərçəngi növü Osteosarkoma adlanır. Sümük xərçənginin əlamətləri:

  • Ağrı kəsici dərmanlardan istifadə edilməsinə baxmayaraq uzun müddət davam edən sümük ağrısı
  • Sümük ağrısı ilə yanaşı şişkinlik və qızartı
  • Ağrı bölgəsində ələ gələn kütlə və sərtlik
  • Sümük ağrısı ilə yanaşı iştahsızlıq, halsızlıq, yorğunluq, yüksək hərarət, axsama kimi digər əlamətlər.

Qeyd etmək lazımdır ki,sümüklərdə rast gəlinən bir çox şişlərin hamısı xərçəng olaraq qiymətləndirilmir. Beləki sümüklərdə rast gəlinən şişlər bəzən xoş xassəli olaraq təyin edilir. Xoş xassəli sümük şişləri digər orqanlara yayılmır. Bundan əlavə, cərrahi müdaxilə ilə müalicə edilə bilər və demək olar ki, həyat itkisi riski yoxdur.Sümük xərçənginin müalicə üsulları:

Cərrahiyyə: Cərrahi müalicədə xərçəng və onu əhatə edən sümük toxumasının alınması hədəflənir. Kompleks müalicə məqsədi ilə xərçəng hüceyrələri tamamilə çıxarılmalıdır. Xərçəng toxumasının bir hissəsi çıxarlmasa, kütlə böyüməyə və yayılmağa davam edə bilər. Yuxarı və aşağı ətraf sümük şişlərininətraf qoruyucu cərrahiyyəsində xərçəngli bədən üzvlərinin amputasiya edilmədən bir sıra cərrahi müdaxilələr həyata keçirilir. Prosedurdan sonra xəstənin müvafiq qol və ya ayağını hərəkət etdirə bilməsi üçün rekonstruktiv cərrahiyyəyə ehtiyac ola bilər. Bu məqsədlə,çıxarılan sümüyü əvəz etmək üçün bədənin başqa bir bölgəsindən alınan sümük və ya süni sümük istifadə edilir. Damarları və ya sinirləri əhatə edən geniş ölçülü şiş aşkar edildikdə, amputasiya (qol və ya ayaqların kəsilməsi) ivra oluna bilər. Müasir dövrdə cərrahi üsullar inkişaf etdikcə xərçəngli üzvlərin amputasiya edilməsi hallarına nadir rast gəlinir.

Radioterapiya: Radioterapiya bir çox xərçəng xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Bu müalicə üsulunda yüksək enerjili şüalar xərçəng hüceyrələrini hədəf alır. Radioterapiya cərrahiyyə ilə kompleks halda tətbiq edilə bildiyi kimi əməliyyata ehtiyacı olmayan xəstələrə fərdi olaraq da tətbiq edilə bilər.

Kimyaterapiya: Bu müalicə üsulunda,xərçəng hüceyrələrini məhv etmək məqsədi ilə güclü dərmanlardan istifadə edilir. Evin sarkoması və ya osteosarkoma diaqnozu qoyulan xəstələrə adətən kimyaterapiya tətbiq edilir.Klassik kimyaterapiya metodu venadaxili olaraq tətbiq edilir. Lakin digər bir üsul;arteriyadan tətbiq olunan intra-arterial kimyaterapiya xərçəng müalicəsində daha müvəffəqiyyətli nəticələr əldə etməyə imkan verir.

Mənfi 180 dərəcədə dondurulmuş sümük müalicəsi. Əməliyyatla çıxarılan sümük mənfi 180 dərəcəlikmaye azotda dondurulur. Dondurulmuş sümüyün içərisi infeksiyanın qarşısını alan, antibiotik tərkibli sümük sementlə doldurulur və ya qarşı tərəfin ayağından alınan "fibula" adlı sümük donmuş sümüyün daxilinə yerləşdirilir və mikrocərrahiyyə metodu ilə əsas damara bağlanır. Xərçəng sümüyün quruluşuna zərər vermədiyi hallarda bu prosedur tətbiq edilir.

İmmunoterapiya: İmmunoterapiya, xərçəng hüceyrələrinin böyüməsinə səbəb olan molekulu hədəf alan dərmanlardan istifadə edən bir müalicə formasıdır.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.