Rektum bölgəsində,anus nahiyəsində yerləşən və anal sfinkterə yayılmayan erkən mərhələdə olan xərçəng şişləri TEM metodikası ilə müalicə edilir. Transanal Eksiziya olaraq bilinən bu əməliyyat metodunda anusdan daxil olaraq xərçəngli şişlər endoskopik yolla götürülür. Bu əməliyyatın ən böyük üstünlüyü qarın nayihəsində hər hansı bir dəlik açılmadan və anal sfinkterləri xaric etmədən sadəcə xəstəlikli bölgənin çıxarılmasıdır. TEM metodu ilə kolonoskopiya ilə çıxarıla bilməyən rektal poliplərin də xaric edilməsi mümkündür.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
