TİPS farmakoloji və endoskopik terapiyaya davamlı olan kəskin qida borusu varikoz qanaxmalarında istifadə olunan müalicə üsuludur. Bu prosedur,90-100% hallarda qanaxmanın dayanmasına səbəb olur. Qaraciyər toxumasında sirroz və buna bənzər xəstəliklər səbəbindən sərtləşmə baş verir. Bu toxuma sərtliyi bağırsaqlardakı qanı qaraciyərə daşıyan portal vena kanalındakı təzyiqi artıra bilər. Ölümcül varikoz qanaxmaları ilə nəticələnən portal təzyiqi nəzarətdə saxlamaq məqsədi ilə TİPS müalicəsi istifadə olunur. Bundan əlavə, portal təzyiqin artması nəticəsində qarın içi mayenin toplanması, mədədə qanaxma və ya müxtəlif xəstəliklər, ağciyər membranlarında maye toplanması, hepatorenal sindrom,Budd-Chiari sindromu və qaraciyərdəki venaların obstruktiv xəstəliklərinin müalicəsində də TİPS metodu istifadə edilə bilər. TİPS proseduru portal və qaraciyər venaları arasında birləşmə yaradır və portal dekompressiyaya və homeostazın təmin edilməsinə yardımçı olur.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
