Yumşaq toxuma xərçəngləri bədənin yumşaq toxumalarında rast gəlinən xərçəngli (bədxassəli) şişlərdir. Yumşaq toxumalar bədənin digər strukturlarını birləşdirir, dəstəkləyir və onları əhatə edir. Yumşaq toxuma xərçəngləri qol və ayaqlarda meydana gələn şişlərlə özünü göstərir.Yumşaq toxuma xərçəngi; Əzələ, yağ toxuması, birləşdirici toxuma, damarlar və sinirlərdə müşahidə edilə bilər. Yumşaq toxumalar bütün bədən boyunca olduğundan, bədənin hər yerində şişlər meydana gələ bilər. Şişlərin 60% -i qollarda, ayaqlarda , 20% -i sinə və qarında, təxminən 10% -i baş və boyunda müşahidə edilir. Genetik amil , limfa sistemin uzun müddət davam edən yetməzliyi, vinil xlorit və arsen kimi kimyəvi maddələrə məruz qalma, travmalar xəstəliyə səbəb olan amillərdəndir. Yumşaq toxuma xərçənginin əlamətləri:
- Sümüklərdə zəifləmələr və qırılmalar
- Oynaqlarda şişlik və həssaslıq
- Dəridə ağrılı və ya ağrısız, hiss edilə bilən bir şişlik
- Kiçik bir zədə nəticəsində belə sümük qırılmaları
- Yorğunluq
- Yüksək hərarət
- Çəki itirmək
- Anemiya
Yumşaq toxuma xərçənglərinin diaqnozu xəstəliyin dərəcəsinin müəyyənləşdirilməsində fiziki müayinə, görüntüləmə üsulları (Pet KT, X-ray, MRT, Ultrasəs, KT, sümük müayinəsi) və biopsiya kimi diaqnostik üsullar istifadə olunur.
Yumşaq toxuma xərçəngləri adətən xərçəngin cərrahi yolla çıxarılması ilə müalicə olunur. Sarkoma əməliyyatının məqsədi bütün xərçəng hüceyrələrini çıxarmaqdır. Bəzən bu tip əməliyyatlarda xəstənin qol və ya ayağının amputasiyası tələb olunur, lakin cərrahlar bu üzvlərin funksiyasını mümkün qədər qorumağa çalışırlar. Digər müalicə üsulları əməliyyatdan əvvəl və ya sonra tətbiq edilə bilər.
Radioterapiyada xərçəng hüceyrələrini məhv etmək məqsədi ilə X-Ray və ya proton kimi yüksək enerjili şüalardan istifadə edilir. Bəzi hallarda radiasiya xərçəng əməliyyatı zamanı,birbaşa xərçəngli bölgəyə tətbiq edilə bilər(intraoperativ radiasiya).
Ablasiya terapiyası. Ablasiya müalicəsində xərçəng hüceyrələrini isitmək üçün elektrik, onları dondurmaq üçün isə həddən artıq soyuq maye tətbiq edilərək məhv edilir və ya hüceyrələrə zərər vermək məqsədi ilə yüksək tezlikli ultrasəs dalğalarından istifadə edilir.
Kimyaterapiya, xərçəng hüceyrələrini məhv etmək məqsədi ilə kimyəvi maddələrdən istifadə edən dərman müalicəsidir. Bəzi yumşaq toxuma xərçənglərində digər müalicə üsullarına nisbətən kimyaterapiya daha müsbət nəticə verir.
İmmunoterapiya. Immunoterapiya, xərçənglə mübarizə aparmaq üçün immunitet sistemindən istifadə edən dərman müalicəsidir.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
