2015-ci ildən fəaliyyət göstərən Türk Sağlıq Qrupu tibbi turizmin təşkilində geniş təcrübəyə malikdir. Ən müasir tibbi texnologiyalarla təchiz olunmuş və beynəlxalq təcrübəyə malik peşəkar həkim heyətinə sahib xəstəxanalarda bütün yaş həddinə malik xəstələrin kompleks müalicə və müayinə xidmətlərindən yararlanmalarını təşkil edirik.
Biz sizin bir neçə mərhələdən ibarət olan müalicəniz üçün xaricdə yerləşən xəstəxana seçiminə nə dərəcədə məsuliyyətli yanaşdığınızı bilirik. Ona görə də siz öz probleminizin həllini bizə etibar etdiyiniz halda sizin inamınızı doğrultmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Azərbaycan və Türkiyədə sağlamlığınızla bağlı problemlərinizin həllində şirkətimizin təcrübə və xidmətlərindən yararlana bilərsiniz.Qeyd etmək istərdik ki,əməkdaşlıq etdiyimiz tibb müəssisələri İSO, JCİ kimi beynəlxalaq sertifikasiya proqramlarına malikdir.
