Birincili skleroz xolangit öd yollarının zədələnməsi ilə xarakterizə olunan,qaraciyər çatışmazlığına yol açan xroniki xolestatik qaraciyər xəstəliyidir.Birincili skleroz xolangit xəstəliyində öd kanallarının iltihabı zaman keçdikcə çapıqların (yara) meydana gəlməsinə və kanalların daralmasına səbəb olur.Nəticədə,öd qaraciyərdə toplanaraq qaraciyər hüceyrələrini zədələyir.Beləliklə,çapıq toxuması qaraciyər boyunca yayılaraq,sirroz və qaraciyər çatışmazlığına səbəb ola bilər.Xəstəliyin başlanğıcında bir çox insanlarda hər hansı bir əlamətlər müşahidə edilməyə bilər.Xəstəliyin əsas əlamətləri qaşıntı,yorğunluq,gözlərin və ya dəri rənginin saralmasıdır.Öd yollarındakı infeksiya titrətmə və hərarətə səbəb ola bilər.Xəsətəliyin müalicə üsullarının tətbiqindəki məqsəd xəstəliyin əlamətlərini yüngülləşdirmək və baş verə biləcək ağırlaşmaların qarşısını almaqdır.
