Tuberoz Skleroz

Tuberoz Skleroz nadir rastlanan ,çoxsistemli neyrokutanoz genetik xəstəlikdir.Tuberoz Skleroz beyində və böyrəklərdə,ürək,gözlər,ağciyərlər və dəri kimi həyati orqanlarda xoşxassəli şişlərin yaranmasına səbəb olan bir xəstəlikdir.Bu xəstəlik doğuş zamanı ortaya çıxa bilər,başlanğıcda xəstəliyin əlamətləri daha yüngül ola bilər və bu əlamətlərin tam inkişafı üçün illər lazımdır.

Tuberoz Skleroz xəstəliyinin əlamətləri:

  • inkişaf ləngimələri
  • zehni gerilik
  • anormal ürək ritmi
  • xərçəng olmayan beyin şişləri
  • beyində kalsium yığılması
  • böyrək və ürəyin xərçəng olmayan şişləri
  • retinada böyümə və ya gözlərdə solğunluq
  • diş ətində və ya dildə böyümə
  • dərinin piqment azaldıcı bölgələri
  • üz dərisində qırmızı ləkələr
  • adətən kürək nahiyəsində portağal qabığına bənzər dəri

Təəssüf ki, hal-hazırda xəstəlikdən tamamilə qurtulmaq üçün hər hansı bir müalicə planlaması mövcud deyildir.Tətbiq edilən müalicələr hər bir xəstəyə və xəstəliyin əlamətlərinə görə təyin edilir.