Beyin əməliyyatları,mütəxəssis akademik həkim heyətinin ən müasir tibbi texnologiyalar ilə həyata keçirdikləri çox ciddi əməliyyatlardır.

Naviqasiya,millimetrlik yanlışlıqların ciddi problemlərə səbəb ola biləcəyi beyin şişi əməliyyatlarında sağlam beyin toxumasına zərər vermədən yalnız şiş bölgəsində əməliyyat aparmaq üçün istifadə edilən ən etibarlı üsuldur.Neyronaviqasiya sistemi şişin yerinin təyin edilməsini və şişin daha tez və daha az zərərlə əməliyyat edilməsinə imkan yaratmış olur.Neyronaviqasiya,beynin dərinliklərində yerləşən şişlərin çıxarılmasında və ya biopsiya alınmasında,dərin yerləşimli abseslərin aspirasiyasında,parkinson əməliyyatında istifadə olunan elektrodların yerləşdirilməsi,onurğa əməliyyatlarında,onurğa içərisindəki vintlərin istiqamətini müəyyənləşdirməkdə və bəzi ortopedik əməliyyatlarda istifadə olunur.
