Beyin şişi xəstələrinə qansız və əməliyyatsız müalicə fürsəti verən Gamma Knife stereotaktik radiocərrahiyyənin “qızıl standartı” olaraq qəbul edilir.
Gamma Knife xəstə beyin toxumalarını sağlam toxumalara zərər vermədən gamma şüaları ilə müalicə edir.Müalicə zamanı tətbiq edilən radiasiya hüceyrələrin DNA-na təsir edərək onların çoxalmasının qarşısını alır.Damar xəstəliklərində isə anormal damarlanmanı tıxayaraq o bölgədə qan axışına mane olur.

Gamma Knife xoş (menengiomalar,hipofiz adenomaları,akustik nevromalar) və bəd (beyin metastazı, glial şişlər) xassəli şişlərin müalicəsi ilə yanaşı damar (arterivenoz, malformasyonlar) və funksional (trigeminal nevrologiya, parkinson, epilepsiya) beyin xəstəliklərinin müalicəsində də istifadə olunur.Gamma Knife qansız,ağrısız,saçları təraş etmədən və sürətlə gündəlik həyat fəaliyyətinizə dönməyi təmin edən,xəstəxanada qalmağı tələb etməyən bir müalicə üsuludur.Prosedurdan sonra xəstənin reabilitasiya dövrü cərrahi müdaxiləyə görə daha azdır.
Son dövrlərdə Gamma Knife cihazları daha da təkmilləşdirilmiş və artıq ölçüləri 3-3.5 mm-dən 5-5.5 mm-ə qədər olan şişlər əməliyyatsız,heç bir kəsik,yara izi olmadan da müalicə edilməkdədir.
SUALLARINIZ:
*Gamma Knife necə tətbiq edilir?
Əvvəlcə lokal anesteziya altında beyin cərrahı tərəfindən xəstənin başına stereotaktik çərçivə taxılır.Ehtiyac olduğu hallarda çərçivə yerinə maska istifadə edilir.Maskalar hər bir şəxsə individual olaraq hazırlanır.Daha sonra xüsusi kompüter proqramı vastitəsi ilə xəstəlikli bölgəyə tətbiq olunacaq gamma şüalarının planlaması tərtib edilir.Hər xəstəyə xüsusi olaraq təyin edilən müalicə planlaması bitdikdən sonra Gamma Knife müalicə prosesi başlayır və 15 dəqiqə ilə 1 saat ərzində davam edir.Prosedurdan sonra bir neçə saat xəstə həkimlərin müşahidəsi altında olur və daha sonra elə həmin gün xəstəxanadan çıxarışı həyata keçirilir. Adətən xəstəxanada qalmağına ehtiyac qalmaz.
*Gamma Knife prosedurunun müddəti nə qədərdir?
Gamma Knife müalicə prosesi 15 dəqiqə ilə 1 saat ərzində davam edir.Prosedurdan sonra xəstə bir neçə saat həkimlərin müşahidəsi altında olur və daha sonra elə həmin gün xəstəxanadan çıxarışı həyata keçirilir.
*Gamma Knife müalicəsində anesteziya tətbiq edilirmi?
Gamma Knife müalicəsi zamanı yalnız lokal anesteziyadan istifadə edilir.Bu zaman xəstənin huşu aydın olur.Bəzi hallarda kiçik yaşlı uşaqlarda ümumi anesteziyadan istifadə edilir.
*Gamma Knife hansı xəstəliklərin müalicəsində istifadə edilir?
Gamma Knife-ın beş əsas tətbiq sahəsi var:Xoş xassəli şişlər,bəd xassəli şişlər,beyin-damar pozulmaları,funksional xəstəliklər və göz içi şişlər.
*Gamma Knife tətbiq edilərsə saçlar təraş edilirmi və ya saçlarda tökülmə halları müşahidə edilərmi?
Gamma Knife prosedurundan öncə saç təraşına ehtiyac yoxdur.Bəzən nadir hallarda prosedurdan sonra məhdud bir sahədə saç itkisi ola bilər.Bu hal normaldır və müəyyən müddət sonra itirilmiş saçlar bərpa olunur.
*Hamiləlik zamanı Gamma Knife tətbiq edilə bilərmi?
Hamiləlik zamanı Gamma Knife tətbiq olunur.Lakin xəstənin vəziyyəti kritik deyilsə Gamma Knife edilməsi bir o qədər də arzuolunan deyil
*Gamma Knife olunduqdan neçə müddət sonra xəstəxana çıxışı edilir?
Gamma Knife prosedurundan sonra xəstə bir neçə saat həkimlərin müşahidəsi altında olur və daha sonra elə həmin gün xəstəxanadan çıxarışı həyata keçirilir.
* Müalicə üçün yaş məhdudiyyəti varmı?
Gamma Knife tətbiqində müəyyən yaş məhdudiyyəti qoyulmur:Həm uşaqlara,həm də yaşlılara tətbiq olunması mümkündür
*Gamma Knife sonrası əlavə təsirlər nələrdir?
- Gamma Knife prosedurundan sonra ən çox rast gəlinən şikayətlərdən biri baş ağrısıdır.Baş ağrıları uzun müddətli deyil və bu hal normaldır.
*Gamma Knife prosedurunun digər orqanlara bir zərəri varmı?
Gamma Knife yalnız xəstə beyin toxumalarını hədəf alan müalicə üsuludurki bu zaman həm ətraf orqanlar,həm də digər orqanlar heç bir zərər görmür.
*Gamma Knife sonrası təyyarə ilə uzaq yol getmək olarmı?
Gamma Knife prosedurundan bir neçə gün sonra təyyarə ilə uzaq yol getmək xəstənin səhhətinə heç bir problem yaratmamaqdadır.
*Gamma Knife ilə müalicə edilən xoş xassəli beyin şişləri hansılardır?
Ən çox müalicə edilən xoş xassəli beyin şişləri:meningiomalar,akustik nevrinomalar - şvannoma və hipofiz adenomaları.Bunlarla yanaşı digər xoş xassəli beyin şişləri də Gamma Knife ilə müalicə edilir.
*Gamma Knife AVM-lərdə (Arteriovenoz malformasiya) istifadə edilirmi?
AVM-lər Gamma Knife ilə müalicə edildikdən sonra 2-3 il ərzində daha da kiçilərək zamanla tamamilə yox olur. Böyük həcimli AVM-lər də Gamma Knife ilə müalicə edilə bilər.
