MRT FÜZYON BİOPSİYASI

Prostat xərçənginin dəqiq diaqnoz qoyulmasında istifadə olunan üsullardan biri də prostat biopsiyasıdır.

MRT Fusion Prostat Biopsiyası şübhəli xərçəng mərkəzlərinin düzgün və dəqiq diaqnozu məqsədi ilə MRT görüntülənməsi vasitəsilə hədəf alınan bölgəyə edilən biopsiyadır.Əvvəlcə inkişaf etmiş MRT texnologiyası sayəsində xərçəng şübhəsi olan bölgələr qeyd edilir.Daha sonra,biopsiya iynəsi robotik qolun köməyi ilə qeyd olunan şübhəli MRT bölgələrinə naviqasiya vasitəsilə yönləndirilərək hədəfə yönəlik biopsiya edilir.Bu üsul sayəsində xərçəng ocaqları daha yüksək dəqiqliklə aşkar edilir və təkrar biopsiyalara ehtiyac qalmır.

prostat fuzyon slayt

Klassik prostat biopsiyası və Füzyon prostat biopsiyası arasındakı fərqlər və üstünlüklər;

  1. Klassik biopsiya xəstə oyaq ikən lokal anesteziya ilə,füzyon prostat biopsiyası isə xəstə yatırılaraq ümumi anesteziya altında aparılır.
  2. Klassik prostat biopsiyasından əvvəl MRT çəkilmir,füzyon prostat biopsiyasından əvvəl multiparametrik prostat MRT-i çəkilir.
  3. Klassik biopsiya ağrılı bir prosedurdur,Füzyon biopsiyasında isə xəstə heç bir ağrı hiss etmir.
  4. Klassik biopsiyada dəqiq diaqnoz qoyulma nisbəti 70-75% olduğu halda,füzyon biopsiyasında bu göstərici 95% -dən yuxarıdır.