Multiparametrik MRT prostat xərçənginin erkən diaqnoz və müalicəsində istifadə edilən ən müasir tibbi texnoloji cihazdır.
Kişilərdə ağciyər xərçəngindən sonra ikinci ən çox rast gəlinən xərçəng prostat xərçəngidir.Prostat xərçəngi erkən diaqnoz qoyula bilən və müalicə edilə bilən bir xəstəlikdir. Xəstəliyin erkən diaqnoz və müalicəsi ən vacib məsələlərdən biridir.Prostat xərçənginin diaqnozunda istifadə edilən PSA müayinəsi,transrektal ultrasonaqrafiya ilə biopsiya üsulları bəzən xəstəliyin erkən mərhələdə aşkarlanmasında kifayət deyil.Lakin Multiparametrik MRT cihazı sayəsində artıq prostatın ətraflı görüntülənməsi və diaqnoz qoyulması daha dəqiq və daha etibarlıdır.Prostat xərçəngi şübhəsi olan xəstələrə digər müayinələrlə yanaşı prostat MRT-i çəkilir.Bu xüsusi prostat MRT-də prostat vəzində şübhəli xərçəng hüceyrəli bölgənin olub-olmadığı müəyyənləşdirilir.Əgər varsa xərçəng şübhəsi olan bölgələr qeyd olunur və daha sonra xüsusi bir proqram vasitəsi ilə ultrasəs aparatına yüklənir.Üç fərqli MRT çəkiminİN bir cihazda birləşdiyi Multiparametrik MRT prostatın anatomik quruluşunu və prostat daxilindəki şişləri daha ətraflı və dəqiq şəkildə görüntüləyir.

Multiparametrik MRT sayəsində prostat daxilində aşkarlanan törəmələrin xoş və ya bəd xassəli olub-olmadığı təyin edir və beləliklə bəzi hallarda xəstədən biopsiya alınmasına da ehtiyac olmur.Multiparametrik MRT prostat daxilindəki törəmələrin yerini dəqiqliklə müəyyən edir.
