Da Vinci Robot texnologiyası,bu gün bütün dünyada xərçəng xəstəliyi ilə mübarizədə istifadə edilən ən uğurlu cərrahi üsullardan biridir.
Robotik əməliyyat deyildikdə ağla gələn ilk sual "Əməliyyatı bir robot həyata keçirir? " sualıdır.Sualın cavabı:Əlbəttəki xeyir.Bu əməliyyatları proqramlaşdırılmış robotlar avtomatik olaraq icra etmir,robotu mütəxəssis həkimlər idarə edərək əməliyyatları həyata keçirirlər.Beləliklə,əməliyyatı icra edən robot deyil bir cərrahdır. Xəstənin qarnı karbon bioksid qazı ilə şişirdilir,sonra 8-5 mm-lik 5-6 ədəd port xəstənin qarnından açılan kiçik dəliklərdən keçirilərək,daxilə yeridilir.Cərrahi konsol əməliyyatxanada əməliyyat masasından bir qədər kənarda yerləşir.Cərrah konsolun başında əyləşərək,əməliyyat bölgəsini 3 qat böyüdülmüş şəklildə görür,kamera və digər alətləri əl və ayaqları vasitəsi ilə istifadə etməklə cihazı idarə edərək əməliyyatı icra edir.

Cərrah tərəfindən edilən bu idarəetmə panellərinin hamısı eyni anda tətbiq olunur.Da Vinci robotik cərrahiyyə sistemi cərrahın hər iki gözünə ayrı-ayrılıqda görüntü ötürən iki kamereya malikdir.Beləliklə,cərrah bu 3 D ölçülü görüntülərin müşayiəti ilə cərrah əli kimi hərəkət edə bilən robotun qollarını hərəkət etdirərək ölçüsü insan əlindən dəfələrlə kiçik olan bölgələrdə çətin və həssas bir əməliyyat həyata keçirmiş olur.Riskli bölgələrə ediləcək müdaxilələrdə əl titrəməsi kimi insan əlinə bağlı olan xəta payı dəfələrlə azalmış olur.
Da Vinci Robotik Cərrahiyyənin üstünlükləri;
- Qollarının 540 dərəcə dönmə və 6 istiqamətdə hərəkət etmək qabiliyyəti sayəsində çətin laparoskopik əməliyyatlarda müvəffəqiyyətli nəticələr əldə edilir.
- Üçölçülü yüksək görüntülənmə sayəsində qanama bölgələri daha aydın görünür və beləliklə qanaxma riski azalmış olur.Bu zaman xəstələrdə çox az qan itkisi olduğundan qan köçürülməsinə ehtiyac qalmır.
- Xəstə daha az ağrı hiss edir
- Dəridə əməliyyat izləri müşahidə edilmir
- Əməliyyat edilən şəxsin xəstəxanada qalma müddəti daha qısa olur
- Əməliyyat edilən şəxs tez bir zamanda iş və sosial həyatına davam edir
- Əməliyyatdan dərhal sonra kimyaterapiyaya başlamaq olar
Da Vinci Robot Cərrahiyyə sisteminin istifadə olunduğu sahələr;
Urologiya:Prostat,böyrək və sidik kisəsi xərçənginin əməliyyatları,böyrək kanallarındakı darlığın genişləndirilməsi və yeni bir sidik kisəsi formalaşdırılması əməliyyatları
Ginekologiya: Uşaqlıq və uşaqlıq yolu xərçəngləri,uşaqlıq sallanmaları,endometrioz və ya miomaların çıxarılması,borularda tıxanma və ya stenozun açılması, yapışmaların aradan qaldırılması və s.
Ürək-Damar Cərrahiyyəsi:By-pass,ürək deşiklərinin bağlanması,mitral qapaq dəyişdirilməsi və təmiri,triküspid qapağının təmiri və dəyişdirilməsi
Qulaq Burun Boğaz:Xoş xassəli və bəd xassəli adenoid şişləri,dil kökünün bəd xassəli və xoş xassəli şişləri,burun,yumşaq damaq,yanaq,udlağın bəd xassəli və xoş xassəli şişləri,qırtlağın bəd xassəli və xoş xassəli şişləri
Kolorektal Cərrahiyyə:Robotik Cərrahiyyə Sistemi bağırsaq xərçəngləri,divertikulyoz,iltihablı bağırsaq xəstəlikləri başda olmaqla bir çox kolorektal xəstəliklərin cərrahi müalicəsində istifadə olunur.
Bariatrik Cərrahiyyə:3 ölçülü,yüksək keyfiyyətli kamera sistemi və biləklə idarə olunan,ergonomik qolları olan Da Vinci Robotik Cərrahiyyə sistemi bariatrik əməliyyatlarında uğurla istifadə olunur.
Tiroid xəstəlikləri:Nəfəs borusunun hər iki tərəfində yerləşən tiroid bezinin əməliyyatları zamanı yara izlərinin qalması bir çox xəstələri estetik cəhətdən narahat edir. Da Vinci Robotik Cərrahiyyə Sistemi ilə qoltuq altından müdaxilə edilərək bir çox tiroid əməliyyatları həyata keçirilir. Da Vinci Robotik Cərrahiyyə Sistemi ilə əməliyyat olunan xəstələrdə qoltuq altında tamamilə gizli kəsik izi istisna olmaqla boyun nayihələrində hər hansı bir əməliyyat izi müşahidə edilmir
