Öd Kisəsi Xərçəngi

Öd kisəsi xərçəngi, öd kisəsi divarından qaynaqlanan mədə-bağırsaq sisteminin bədxassəli şişlərindən biridir. Öd kisəsi daxilindəki poliplər, öd kisəsi iltihabları, piylənmə, nitrosamin kimi bəzi kimyəvi maddələr öd kisəsi xərçənginin yaranmasının əsas səbəblərindəndir. Öd kisəsi xərçənginin ən çox görülən əlamətləri qarın və göbək ağrısı, ürək bulanma, qusma, dəri və gözlərin saralması, göbək bölgəsində əllə hiss edilən kütlələrdir.

Öd kisəsi xərçənginin diaqnozunda bir neçə üsuldan istifadə olunur: Qan analizləri, Ultrasəs müayinəsi, Kompüter tomoqrafiyası (KT), Maqnetik rezonans görüntüləmə (MRT), Pozitron emissiya tomoqrafiyası (PET), biopsiya. Xəstəliyin daha ətraflı və dəqiq diaqnozunda laparoskopiya, endoskopik ultrasəs, ERCP, xolangioqrafiya kimi üsullardan da istifadə olunur.

Öd kisəsi xərçənginin müalicəsində cərrahiyyə, kimyaterapiya və radioterapiya kimi üsullardan istifadə olunur. Cərrahiyyə üsulunda öd kisəsi və ətraf limfa düyünləri əməliyyatla götürülür. Şişin öd yollarını tutması hallarında ERCP ilə öd kisəsi kanalına stent yerləşdirilir.

Öd kisəsi xərçəngi cərrahiyyələri adətən laparoskopik yolla icra olunur. Əməliyyat şansını itirən xəstələrdə bəzi endoskopik prosedurlar, ağrı müalicəsi, perkutan drenaj (radioloji müdaxilə) kimi prosedurlar tətbiq edilə bilər. İsti kimyaterapiya və son zamanlarda inkişaf etdirilməkdə olan bəzi ağıllı dərmanlar vasitəsi ilə şişin inkişafının qarşısını almaq mümkündür. Radioterapiya bədən xaricindən (xarici radioterapiya) və ya qarın boşluğuna radioaktiv iynələr (daxili radioterapiya) yerləşdirilməklə tətbiq oluna bilər.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.