Ağciyər xərçəngi, struktur olaraq normal ağciyər toxumasında olan hüceyrələrin normadan artıq çoxalması nəticəsində ağciyər daxilində kütlə (şiş) yaranması ilə müşahidə olunan xəstəlikdir. Burada meydana gələn kütlə ilk növbədə olduğu mühitdə böyüyür və sonrakı mərhələlərdə ətraf toxumalara və digər orqanlara (məsələn, qaraciyər, sümük, beyin və s.) yayılıraq onlara zərər verir. Bu yayılmaya metastaz deyilir. Xəstəliyin ağır hallarında belə əlamətlər hər hansı ciddi bir şikayətlərə yol açmaya bilər. Ağciyər xərçənginin əlamətlərini biruzə vermədən irəliləməsi bu xəstəliyi təhlükəli edən ən vacib amildir. Ağciyər xərçənginin əlamətləri yerləşmə yerinə görə müxtəliflik göstərə bilər. Ağciyərin yuxarı hissəsində yerləşən kütlə bəzi sinirlərə təzyiq göstərərək qol və çiyin bölgəsində ağrı, göz qapağı sallanmasına səbəb ola bilər.
Ağciyər xərçənginin ən çox görülən əlamətləri;
- Keçməyən və ya daha da ağırlaşan öskürək
- Öskürərkən qan və ya qanlı bəlğəmin gəlməsi
- Dərin nəfəs alarkən, öskürərkən və ya gülərkən ağırlaşan sinə ağrısı
- İştahsızlıq, halsızlıq, təngənəfəslik və çəki itkisi
- Daim təkrarlanan və ya keçməyən bronxit və ya sətəlcəm kimi ağciyər infeksiyaları
Ağciyər xərçəngi əməliyyatı ağciyər xərçəngi müalicə üsullarından biridir. Ağciyərdəki şişin ölçüsü və yerindən aslı olaraq müxtəlif cərrahiyyə üsulları tətbiq edilir. Xərçəng aşkarlanan ağciyərin bütün loblarının çıxarıldığı Lobektomiya ağciyər xərçəngi mülicəsində tətbiq edilən cərrahi üsullardan biridir. Seqmentektomiya metodunda ağciyərdə xərçəngin inkişaf etdiyi bölgə götürülür. Pnevmonektomiya metodunda şiş döş qəfəsi mərkəzinə yaxındırsa, ağciyər tamamilə çıxarılır. Ağciyər xərçəngi əməliyyatları açıq və qapalı üsullarla icra olunur. Qapalı ağciyər əməliyyatında, genişliyi 1 sm olan kamera döş qəfəsi boşluğuna daxil edilir və beləliklə bu kamera vasitəsi ilə alınan görüntülər əməliyyat cihazı ekranında əks olunur. Cərrah, xəstənin döş qəfəsini açmadan xərçəngli ağciyər toxumasını və limfa düyünlərini xaric edir.
Ağciyər xərçəngi digər orqanlara metastaz verərsə bu zaman kimyaterapiya və radioterapiya tətbiq edilir. Uzaq bölgəyə yayılmayan (metastaz) ağciyər xərçəngi xəstələrində ilkin alternativ olaraq radioterapiya tətbiq edilir. Stereotaktik bədən radioterapiyası SBRT kiçik ölçülü, yeri dəqiqliklə təyin olunan ağciyər şişlərinin müalicəsində tətbiq edilir.
Ağciyər xərçənginin müalicəsində istifadə edilən digər bir üsul Hipertermiya, bədən toxumasını yüksək temperatura (39 ilə 44°C arasında) məruz qoyaraq xərçəng hüceyrələrini məhv edir və hüceyrə zülalı və quruluşuna zərər verərək şişin ölçüsünü kiçildir.
Radiofrekans ablasiya metodu, əməliyyat şansı olmayan və erkən mərhələdə aşkarlanan ağciyər xərçəngi müalicəsində tətbiq olunur. Radiofrekans ablasiya metodunda, radio dalğalarının yaratdığı istilik xərçəng hüceyrələrini məhv edir.
Krioablasiya metodu, ağciyər xərçəngləri və ya ağciyərə metastaz vermiş digər orqanların xərçənglərinin müalicəsində tətbiq olunur. Krioablasiya, xərçəng toxumasını donduraraq xərçəng hüceyrələrini məhv edir.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
