Ağciyər xəstəlikləri

Ağciyər xəstəliklərinin diaqnoz, müayinə və müalicəsində ən müasir texnoloji xidmətlərin göstərilməsi bu xəstəliklərlə mübarizədə müsbət nəticə əldə etməkdə mühüm əhəmiyyətə malikdir.

Sarkoidoz

Sarkoidoz, bədənin hər hansı bir yerində kiçik ölçüdə iltihablı hüceyrə toplanması və böyüməsi ilə müşahidə edilən bir xəstəlikdir. Sarkoidoz xüsusilə ağciyərlərə və limfa sisteminə təsir göstərir, bununla yanaşı orqanizmin bütün toxuma və orqanlarını da əhatə edə bilir. Bu xəstəlik əgər aktiv şəkildə davam edərsə daha çox ağciyərlərə zərər verir. Quru öskürəklər, təngənəfəslik, dəri səthində bənövşəyi ləkələr, qızdırma, limfa düyünlərində böyümə, oynaq ağrıları, gözün işığa qarşı həssaslığı və s. sarkoidoz xəstəliyin əsas əlamətləridir. Xəstəliyin erkən diaqnoz mərhələsində ağciyər rentgeni və tomoqrafiya çəkilir. Sonrakı mərhələlərdə bronxoskopiya, limfa düyününün biopsiyası və bəzən ağciyər biopsiyası etmək lazım gələ bilər.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.