Aorta Anevrizması

Anevrizmalar bədənin bütün damarlarında yarana bilər. Aorta anevrizması – magistral arteriyanın divarının zəifliyi ilə əlaqədar onun lokal genişlənməsidir. Bədənimizdəki ən böyük damar olan Aorta damarı, ürəkdən birbaşa çıxan və bütün orqanlara təmiz qan daşıyan "əsas qan xətti"dir

Anevrizmanın qəfildən yırtılması daxili qanaxmaya səbəb ola bilər. Məhz bu səbəbdən xəstəlik həyati təhlükə daşıyır və müalicəsi gecikdirilməməlidir. Anevrizmaların yaranma səbəbləri ateroskleroz riski, yəni damar sərtliyi, siqaret istifadəsi, hipertoniya, ayaqlarda damar xəstəliklərinin olması və s. amillərdir. Aorta anevrizmalarının iki növü vardır:

  1. Qarın boşluğu aorta anevrizması
  2. Döş qəfəsi aorta anevrizması

Qarın aorta anevrizmaları qarın boşluğu ultrasəs və ya KT müayinəsi ilə aşkar edilə bilən bir xəstəlikdir. Qarın aorta anevrizması müalicəsində ən geniş yayılmış üsul açıq əməliyyatdır. Əməliyyat növü anevrizmanın yerləşdiyi yerə, ölçüsünə və aorta qapağının fəaliyyətinə görə təyin edilir.

Aorta anevrizmasının simptomsuz, proqressivləşməyən gedişlərində damar cərrahının dinamik müşahidəsi və rentgenoloji nəzarətlə kifayətlənilir. Aorta anevrizmalarının cırılması zamanı xəstə təcili əməliyyat olunmalıdır. Aorta anevrizmasının cərrahi müalicəsi damarın anevrizmatik dəyişilmiş sahəsinin kəsilməsi, qüsurun tikilməsi və ya protezlənməsindən ibarətdir.

Hemodinamik əhəmiyyətli aortal çatışmazlıqlarda qalxan döş aortasının rezeksiyası aorta qapağının protezlənməsi ilə birgə aparılır. Açıq damar müdaxiləsinin alternativ üsulu aorta anevrizmasının endovaskulyar protezlənməsi – stentin qoyulmasıdır.

Xəstəlyin müalicəsində istifadə edilən qapalı cərrahiyyə, yəni "Endovaskulyar" üsul, angioqrafiya ilə qasıq damarından girilərək anevrizmanın olduğu damarın yuxarı və aşağı hissələrinin arasına stend ilə dəstəklənən süni damar yerləşdirmə prosedurudur.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.