Axalaziya xəstəliyi

Axalaziya xəstəliyi, yemək borusunu idarə edən sinirlərin zədələnməsi nəticəsində baş verir. Axalaziya xəstəliyi, yemək borusunun hərəkət pozğunluğu olaraq xarakterizə olunur. Axalaziya uzun müddət müalicə edilmədikdə, yemək borusu genişlənməyə başlayır. Beləliklə, genişlənmiş yemək borusunun mədəyə boşalması daha da çətinləşir. Yemək borusunda qidaların mədəyə ötürülməsi üçün lazım olan müntəzəm əzələ dartılmaları axalaziya xəstəliyi olan insanlarda müşahidə edilmir, əksinə əzələlərdə qalınlaşma, yemək borusu və yemək borusu-mədə birləşmə bölgəsində anormal təzyiq artımı kimi hallar müşahidə edilməkdədir. Genişlənmə böyüdükcə xəstəliyin müalicəsi də çətinləşir. Axalaziya xroniki xəstəlikdir və tamamilə müalicəsi mümkün deyil. Axalaziya müalicəsində dərman müalicəsi, botoks inyeksiyaları, balon dilatasiyası, cərrahiyyə (Heller myotomi) və POEM (Peroral Endoskopik Myotomi) kimi üsullar mövcuddur. Axalaziya müalicəsində dərman istifadəsi yalnız xəstələr əməliyyat istəmədikdə və ya bir şəkildə əməliyyat və botoks müalicəsinin, balon genişləndirilməsinin mümkün olmadığı hallarda tətbiq olunur. Hal-hazırda axalaziya müalicəsində ən uğurlu üsul Peroral Endoskopik Myotomiya müalicəsidir.POEM üsulu ilə normal endoskopiyada olduğu kimi ağızdan daxil olaraq qida borusundakı problemli əzələlər kəsilir. Beləliklə axalaziya xəstəliyi nəticəsində zərər görmüş əzələlərə endoskopik müdaxilə edilərək xəstənin yenidən yemək yeməsi bərpa olunur. Prosedur endoskopik şəkildə aparıldığından, bədəndə hər hansı kəsik izləri olmur. Təxminən 1-1.5 saat davam edən əməliyyatdan 1 gün sonra xəstələr yemək yeyə bilər. Xəstə axalaziya əməliyyatı üçün uyğun deyilsə, botoks müalicəsi tətbiq edilə bilər.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.