Böyrək çatışmazlığı

Böyrəklərin qandakı zərərli madddələri lazımi səviyyədə süzmək funksiyasını itirərkən böyrək çatışmazlığı yaranır.Böyrək funksiyalarının 15 faizdən az olması böyrək çatışmazlığının əlamətidir. Böyrək çatışmazlığı mərhələli şəkildə irəliləyən bir xəstəlikdir. Böyrək çatışmazlığının əlamətləri:

  • Normadan az idrara çıxma
  • Ayaqlarda,ayaq biləklərində və bədənin hər hansı bir yerində yaranan şişlik
  • Anidən yaranan təngənəfəslik
  • Yorğunluq,zəiflik
  • Ürəkbulanmaları
  • Döş qəfəsində ağrı
  • Uzunmüddətli komada qalma

Böyrək çatışmazlığının müalicə üsulları:

Böyrək çatışmazlığının müalicəsində ən çox istifadə edilən üsul dializdir. Dializ,aparat vasitəsi ilə qanın süzülməsi və təmizlənməsidir. Bu aparat böyrəklərin funksiyalarını yerinə yetirməkdədir. Xəstəliyin müalicəsinin ən etibarlı və qəti həlli böyrək köçürülməsidir. Böyrək transplantasiyasından sonra xəstənin dializə girməsinə ehtiyac qalmır və köçürülmüş böyrək normal funksiyalarını bərpa etmiş olur.Böyrək nəqlinin həyata keçirilməsi üçün uyğun donor tapmaq vacibdir.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.