Ən son texnoloji və müalicə üsulları ilə riskli beyin damar xəstəliklərini endovaskulyar üsullarla müalicə etmək mümkündür. İnvaziv neyroradiologiya metodu ilə damar daxili aparılan müalicələri cərrahi kəsik və toxuma yaralanmaları olmadan daha aşağı risklərlə icra etmək mümkündür və bu qapalı beyin müalicəsi adlanır.
Damar daxili,yəni endovaskulyar üsulla bir çox xəstəliklərqeyri-cərrahi üsul ilə müalicə edilə bilər:
- Beyin qanamaları
- Qanaxması olmayan anevrizma və arteriovenoz malformasiya
- Arteriyalar və venalar arası sızmalar (Arteriovenoz Fistul -AVF)
- Beyin qanamasından sonra tez-tez rast gəlinən damar büzüşmələri (vasospazma)
- Beyin və onurğa beyni şişləri üçün alternativ müalicə
- Damar tıxanıqlığı
- İnsult
- Uşaqlıq dövrü göz şişlərinin müalicəsi (Retinoblastoma)
Cərrahiyyə ilə müqayisədə Endovaskulyar metodun üstünlükləri;
- Prosedur hər hansı bir kəsik olmadan icra olunur
- Açıq cərrahiyyə prosedurlarının olmaması və daha az ağırlaşma riski
- İnfeksiya riskinin olmaması
- Xəstəxanada qalma müddətinin azlığı (adətən 1 gecə)
- Prosedur sonrası qısa zaman ərzində sağalma və normal gündəlik həyata qayıtmaq
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
