Epilepsiya Cərrahiyyəsi

Epilepsiya, xroniki baş-beyin xəstəlikləri qrupuna daxildir.Tibbi ensiklopediyanın məlumatına görə bu xəstəliyin baş verməsinin səbəbi sinir sisteminin pozulmasıdır. Amma heç də psixi xəstəlik deyil.Xəstəliyin əsas aparıcı əlaməti tez-tez xəstədə epileptik tutmaların olmasıdır.Epiletik tutmalar 2 yerə bölünür: kiçik və böyük tutmalar. Epileptik tutmalar baş verdikdə xəstədə müvəqqəti şüur itkisi və ya fərqli xüsusiyyətlərə malik əlamətlər müşahidə edilir. Yalnız bir dəfə epileptik tutması olan xəstəni epilepsiya xəstəsi hesab etmək doğru deyildir.Uşaqlarda 16 yaşa qədər ən çox rast gəlinən nevroloji xəstəliklərdən biri epilepsiya xəstəliyidir. Xəstəliyin ümumi əlamətləri:

  • Qəfildən baş verən dartınmalar  və titrəmələr
  • Şüur itkisi
  • Qol və ayaqlarda qeyri-ixtiyari hərəkətlər
  • Təkrarlanan baş silkələmə hərəkətləri
  • Qıcolma,ağızdan köpük gəlməsi
  • Qəfil və ani şəkildə meydana gələn göz hərəkətləri
  • Baxışların eyni nöqtəyə sabitlənməsi

Epilepsiya xəstəliyində,tibbi müalicə nəticə vermədiyi hallarda cərrahiyyə üsulları tətbiq edilir.Epilepsiya cərrahiyyəsi,epileptik tutmaları tamamilə və ya qismən aradan qaldırır.

Epilepsiya cərrahiyyəsinin növləri:

Rezektiv cərrahiyyə:Rezektiv cərrahiyyə, beyinin epileptik tutmalara səbəb olan bölgəsinin tamamilə çıxarılması əməliyyatıdır. Epileptik tutmaların baş verdiyi bölgədəki beyin toxumaları,zədələnmiş beyin bölgəsi əməliyyatla alınır.

Korpus kallosotomiyası:Korpus kallosotomiyası, beynin sağ və sol tərəflərini (corpus callosum) bağlayan sinir bağını tamamilə və ya qismən kəsmək məqsədi ilə icra olunan əməliyyatdır. Qıcolmaların yayılmasının qarşısını almaq məqsədi ilə icra edilir.

Hemisferektomiya:Hemisferektomiya, beynin bir yarımkürəsinin tamamından qaynaqlanan qıcolmalar zamanı icra olunan əməliyyat növüdür. Bu əməliyyatla qıcolmaya səbəb olan beyin yarımkürəsi beynin digər bölgələrindən ayrılır. Bu əməliyyat, əksər hallarda eyni yarımkürədə birdən çox bölgədən qaynaqlanan epileptik tutmaları olan uşaqlarda icra olunur

Vaqal Sinir Stimulyatoru (VSS) və ya Batareya Müalicəsi:Batareya müalicəsi, dərman müalicəsi müsbət nəticə verməyən, dərmanların əks təsiri səbəbi ilə kifayət qədər dərman istifadə edə bilməyən, cərrahiyyə şansı olmayan xəstələrdə epileptik tutmaları nəzarətdə saxlamaq üçün istifadə edilən müalicə üsuludur. Bu üsulda, boyunun sol tərəfindəki vaqus siniri vasitəsi ilə beyinə elektrik cərəyanı göndərilir. Vaqal Sinir Stimulyatoru metodunda sol körpücük sümüyünün altına batareya yerləşdirilir və xəstənin əlində lazım olduqda sistemi işə salmaq üçün istifadə edilən maqnit olur. Xəstə epileptik tutmanın baş verəcəyini hiss etdikdə, əlindəki maqnit ilə batareyaya toxunaraq batareyanı işə salır. Batareya işlədikdə beynə gedən xəbərdarlıq siqnalları sayəsində, beyindəki hüceyrələrin fəaliyyətini nəzarət altına alaraq epileptik tutmanın qarşısını almış olur.

Batareya əməliyyatxana şəraitində xəstəyə yerləşdirilir. Xəstə 1 gün xəstəxana şəraitində qaldıqdan sonra müəyyən zaman aralıqları ilə batareyanın iş gücü yoxlanılaraq tənzimlənir. Xəstəliyin şiddətinə görə tənzimlənən cihaz, hər 6 ayda bir dəfə yerləşdirildiyi yerdən çıxarılmadan dəri üzərindən yüklənir.Epilepsiya batareyası əməliyyatından sonra xəstələrin 90 faizi epileptik tutmalardan xilas olur. Digər 5-10 faiz xəstələrin epileptik tutmalarında yarıya qədər azalma müşahidə edilir.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.