Yoğun bağırsaq və ya kolon və rektal xərçəngin digər bir adı;kolorektal xərçəngdir. Yoğun bağırsaq,təxminən 1.5-2 metr uzunluğunda bir orqan olub kolon və rektumdan ibarətdir. Yoğun bağırsağın son 12 santimetrlik hissəsi rektum və ya digər adı düz bağırsaq adlanır. Yoğun bağırsağın rektum xaricindəki digər qalan hissəsi isə kolon adlanır. Xəstəliyin əlamətləri:
- Nəcisdə qan görülməsi və ya nəcis rəngində tündləşmə
- Bağırsaqların tamamilə boşalmaması hissi
- Bağırsaq vərdişlərində ishal-qəbizlik kimi dəyişikliklər
- Qarın ağrısı, iştahsızlıq, şişkinlik
Xəstəliyin əsas müalicə üsulu cərrahi yoldur. Kolon və rektum xərçəngi əməliyyatında xərçəngli bölgə çıxarıldıqdan sonra bağırsaq yenidən birləşdirlir. Anastomoz adlanan bu cərrahi üsul sayəsində xəstənin defekasiya aktı (həzm olunmuş qidaların qatı və ya sulu şəkildə anusdan xəric edilməsi) məqsədi ilə yerləşdirilən bağırsaq stomasına ehtiyac qalmır.
Düz bağırsaq, aşağı, orta və üst bölgələr olmaqla 3 hissədən ibarətdir. Üst rektum xərçəngində, yoğun bağırsaq xərçəngində olduğu kimi xərçəngli bölgə çıxarılır və bağırsaqlar birləşdirilir. Orta rektum xərçəngində bağırsaqlar birləşdirilir lakin, birləşdirilən bağırsaq bölgəsindəki cərrahi tikişlərin yerini tutması məqsədi ilə nazik bağırsaq xaric olunur. Alt rektum xərçənglərində isə xəstəyə daimi kolostoma (yoğun bağırsağın hər hansı bir hissəsi qarnın ön divarına çıxarılır və nəcis ifrazı əməliyyat ilə formalaşdırılmış bu dəlik vasitəsi ilə həyata keçirilir) yerləşdirilməsi mümkün ola bilər.
Kolon və rektum xərçənginin cərrahi müalicəsində laparoskopik (qapalı) və robotik cərrahiyyə üsulları istifadə edilir. Laparoskopik cərrahiyyə, qarın nahiyəsindən 0,5 və 1 sm ölçülü kəsiklər açaraq xüsusi alət və kameralar daxil etməklə icra olunur. Bu zaman görüntülənmə effektini daha da artırmaq məqsədi ilə qarın içi karbon dioksid qazı ilə şişirilir. Açıq cərrahiyyə üsulu ilə müqayisədə laparoskopik əməliyyatlar daha ağrısızdır, yara, kəsik izləri yox dərəcəsindədir və xəstənin sağalma prosesi daha sürətlidir. Yoğun bağırsaq xərçəngində erkən mərhələdə diaqnoz qoyularaq şiş əməliyyatla bədəndən tamamilə təmizlənsə də bəzi şiş hüceyrələri limfa və qan damarları yolu ilə bədənin müxtəlif hissələrinə sıçraya bilər. İcra olunan bütün görüntüləmə və diaqnostik metodlara baxmayaraq, "mikrometastazlar" adlanan bu hüceyrələr aşkarlanmaya bilər. Bu hüceyrələr məhv edilmədikdə tədricən çoxalıb böyüyərək xəstəliyin digər orqanlara metastaz verməsinə səbəb ola bilər. Buna görə də icra olunan əməliyyatlardan sonra qoruyucu (adjuvan) kimyaterapiyatətbiq edilə bilər
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
