Koxlear İmplantasiya (BionikQulaq)

Koxlear implantlar beynə səs siqnalları ötürmək məqsədi ilə daxili qulağın (koklea) zədələnmiş hissələrinin funksiyasını icra edən elektron tibbi cihazdır. Eşitmə qüsuru olan insanlar üçün inqilabi yenilik olan bionik qulaq, səsi elektrod vasitəsi ilə elektrik enerjisinə çevirərək frekanslara bölür, daha sonra daxili qulaqdakı hissiyyat hüceyrələrinə ötürür. Kokleanın daxilindəki titrək,tüklü hüceyrələr mexaniki səs dalğalarını elektrik siqnallara çevirir. Daha sonra bu siqnallar eşitmə sinirləri ilə beynə ötürülür.

Koxlear İmplantasiya hansı hallarda və kimlərə tətbiq edilə bilər?

  • Hər iki qulaqda orta və ağır dərəcəli eşitmə pozğunluğu olanlar
  • Eşitmə cihazlarından çox az və ya heç bir fayda görməyənlər
  • İmplant yerləşdirilən qulaqda eşitmə dərəcəsi 50%-dən az olarsa
  • İmplant yerləşdirilməyən və ya eşitmə cihazı istifadə olunan hər iki qulaqdaeşitmə dərəcəsi 60% və daha az olarsa

Koxlear implant əməliyyatı ümumi anesteziya altında icra edilir və təxminən 2 və ya 4 saat davam edir. Koxlear əməliyyatından sonra xəstə bir gün xəstəxanada qalır. 1 yaşı tamam olmuş uşaqlar, böyüklər və yaşlı xəstələr, həkim tərəfindən məqbul sayıldığı təqdirdə koxlear implantdan faydalana bilərlər.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.