Melanoma Dəri xərçəngi

Dəriyə rəng verən melanin adlı rəng piqmentləri, melanosit adlanan dəri hüceyrələri tərəfindən ifraz olunur. Bu hüceyrələrin nəzarətsiz şəkildə bölünməsi və çoxalması nəticəsində yaranan dəri xərçəngi melanoma adlanır. Melanoma dəri xərçəngi hüceyrələrinin əksəriyyəti melanin ifraz etdiyindən yaranan şişlər qəhvəyi və ya qara rəngdədir. Melanoma dəri xərçəngi, kişilərdə boyun və kürək, qadınlarda isə ayaqlar, boyun və üz nahiyəsindədaha çox rast gəlinir. Bununla birlikdə xərçəng ovuc içi, ayaq dabanı və dırnaqlarda da yarana bilər. Nadir olsa da, gözlərdə, ağızda və cinsiyyət orqanlarında da görülə bilər. Dəri xərçənginin ən vacib əlaməti dəridə yeni bir ləkə və ya ləkənin ölçüsü, forması və ya rəngində müşahidə edilən hər hansı bir dəyişiklikdir. Digər bir əlamət dəri ləkəsinin dəridəki digər ləkələrdən fərqlənməsidir. Dəri xərçəngi əlamətləri və melanoma şübhəsi olan lezyonlar əvvəlcə fiziki müayinə ilə ətraflı şəkildə qiymətləndirilir. Daha sonra həkim tərəfindən təyin edilən dermoskopik və ya histopatoloji müayinə aparılır. Dəri xərçəngi erkən mərhələdə aşkar edilərsə müalicə oluna bilən xəstəlikdir. Melanomada ən effektiv müalicə üsulu; cərrahi müalicədir. Xərçəng toxumasının kifayət qədər dərinlikdə və genişlikdə çıxarılması ilə xərçəngin yenidən yaranmasının qarşısı alınır. Xəstəliyin daha erkən mərhələsində melanoma müalicəsi cərrahi yolla aparılır. Melanoma və ətrafdakı dərinin kiçik bir hissəsi təmizlənir. Cərrahi eksiziya adlanan bu prosedur, adətən lokal anesteziya altında icra olunur. Beləki,melanomanın ətrafı keyidilir, xəstə ağrı hiss etmir. Melanoma ətraf limfa düyünlərinə metastaz verdiyi hallarda limfa düyünləri cərrahi yolla təmizlənir.

Kiçik şişlərin müalicəsində kriocərrahiyyə üsuluna üstünlük verilir. Küretaj adlanan müalicə metodunda xərçəngli bölgə qaşıq şəkilli küret vasitəsi ilə qaşınır daha sonra xüsusi bir cihazdan ötürülən elektrik cərəyanı ilə qanaxma dayandırılır və xərçəng hüceyrələri məhv edilir.

Melanomanın müalicəsində istifadə olunan immunoterapiya, orqanizmin xərçənglə mübarizə aparmasını təmin etmək məqsədi ilə immunitet sistemini gücləndirən müalicə üsuludur. Bu məqsədlə canlı orqanizmlərdən hazırlanan maddələrdən istifadə olunur. İmmunoterapiya ilə yanaşı III və IV dərəcəli dəri xərçəngi müalicəsində kimyaterepiya və radioterapiya da tətbiq edilir. Radioterapiya tətbiqi xərçəngin böyüməsi və beyinə metastaz verməsi riskini azaltmış olur.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.