Onurğa şişi onurğa kanalı və ya onurğa sümüklərində yaranıb inkişaf edir.
Onurğa şişləri xoşxassəli və bədxassəli olmaqla iki qrupa bölünür.
Əlamətlər:
- Bel, kürək, ayaqlarda ağrı
- Çətinliklə gəzmək
- Əl və ayaqlarda uyuşma və gücsüzləşmə
- Əzələlərdə zəiflik və spazmalar
- Bağırsaq problemləri
Onurğa şişlərinin növləri:
- Astrositoma: onurğa beyni daxilindəki glia hüceyrələrində meydana gələn şiş uşaqlarda daha çox rast gəlinir. Onurğa beynində meydana gələn astrositomalar onurğa beynindəki bölgəyə təsir edir və əlilliyə səbəb olur.
- Kordoma: Onurğadakı vertebral sümük və qığırdaq hüceyrələrində meydana gələn kordoma şişlərinə digər şiş növlərinə nisbətən daha az rast gəlinir.
- Ependimoma: Mərkəzi sinir sistemində yaranan ependimoma şişlərinə az rast gəlinir. Ependimoma, serebrospinal mayenin keçid yollarını əhatə edən ependimal hüceyrələrdə yaranır.
- Glioma: Beyin və onurğa beynindəki hüceyrələrin nəzarətdən çıxması nəticəsində meydana gəlir. Yerindən və böyümə sürətindən asılı olaraq həyati təhlükə riski vardır
- Meningioma: Onurğa mayesi və onurğa beynini əhatə edən nazik membran qatı olan dura mater adlanan bölgədə yaranır. Adətən orta və yaşlı qadınlarda rast gəlinir. Meningioma xoşxassəli şişdir.
- Neyrofibroma: Adətən xoşxassəli şişdir. Yumşaq düyünlər şəklində görülür. Bu xəstəlik genetik pozğunluq nəticəsində meydana gəlir.
- Şvannoma: periferik sinirlərin daxilində formalaşır. Onurğa beynindəki sinir köklərinin zaman keçdikcə fəaliyyətini itirməsinə səbəb olan Şvannoma xoşxassəlidir.
Onurğa şişləri müalicəsinin əsas forması əməliyyatdır.Şişin yerləşdiyi yerinə və növünə görə baş verə biləcək nevroloji problemləri də nəzərə alaraq cərrahiyyəyə qərar verilir. Onurğa şişləri cərrahiyyəsində şiş qismən və ya tamamilə çıxarılır. Bəzi xoşxassəli şişlərdə şişin yalnız bir hissəsi çıxarılır. Şiş təmizləndikdən sonra o bölgədə yaranan boşluq sümük və ya sümük sementi ilə doldurulur. Bədxassəli şişlərdə şiş toxuması geniş şəkildə çıxarılır və daha sonra onurğaya metal fiksasiya onurğa tətbiq olunur. Bundan əlavə, onurğanın şiş ilə birlikdə götürülən ön hissəsinə sümüklə doldurulmuş metal qəfəs yerləşdirilir. Metastatik şişlərdə şiş olan onurğanın sümük sementi ilə doldurulması və ya çıxarılaraq qəfəs proseduru tətbiq edilə bilər.
Müasir dövrdə onurğa şişləri cərrahiyyəsində Neyronaviqasiya, Neyromanitarizasiya və İntraoperativ ultrasəs cihazları ilə icra olunan əməliyyatlarda xəstənin sağlamlığına zərər vermədən şişlərdən qurtulmaq mümkündür. İntraoperativ ultrasəs cihazı onurğa şişləri əməliyyatı zamanı çıxarılan şişin miqdarını dəqiqliklə təyin edir.
Onurğa şişlərinin qeyri-cərrahi müalicə üsulları, kimyaterapiya, radioterapiya və radiocərrahiyyə müalicələridir
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
