Körpələr hələ ana bətnindəykən, ilk 3 ayda ürək inkişafı tamamlanır. Bu inkişaf zamanı ortaya çıxan problemlər ürəyin normal inkişafına mane ola bilər, ürəyin kameraları arasında dəlik meydana gəlməsinə, damarlarda və ya qapaqlarda darlıq və çatışmazlıqlara səbəb ola bilər. Ana bətnindəykən ürəyin anormal inkişafı nəticəsində yaranan bu xəstəliklərə anadangəlmə ürək xəstəlikləri deyilir.Anadangəlmə ürək xəstəliklərinin yaranıb inkişaf etməsinə bir çox amillər təsir göstərir; genetik amillər, xarici amilləri və s. Xarici amillər arasında anada şəkər xəstəliyi və revmatizmal xəstəliklərin olması, hamiləlik dövründə infeksion xəstəliklər keçirməsi, dərman qəbulu və s. kimi faktorlar vardır. Körpənin çətinliklə, tez-tez nəfəs alması, körpənin süd əmərkən tez yorulması, ağız ətrafı, dil və dırnaq diblərində göyərmələr, ağciyər infeksiyası keçirməsi anadangəlmə ürək xəstəliyinin əlamətləri ola bilər.
Arterial axacağın açıq qalması. Patent Ductus Arteriosus (PDA). Hər bir körpə açıq arterial axacaqla doğulur. Ductus arteriosus, ağciyər arteriyası və aorta (əsas arterial damar) arasında keçid təmin edən damar bağıdır. PDA anomaliyasında aorta vasitəsi ilə bədəni oksigenlə təmin edən oksigenlə zəngin qanın bir hissəsi yenidən ağciyərlərə qayıdır. Bu ağciyər arteriyasında təzyiqin artmasına və ürəyin sol tərəfinin yüklənməsinə səbəb olur. PDA-nın müalicəsi, xəstənin yaşına və ya PDA' nın genişliyinə görə təyin olunur.Beləki, kateter vasitəsi ilə çətir və ya koil adı verilən cihazların köməyi ilə axacaq bağlanılır. Digər bir üsul isə qapalı ürək əməliyyatının icrasıdır.
Qulaqcıqlararası çəpər qüsuru. Atrial septal defect (ASD). Qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmasına səbəb olan anadangəlmə ürək qüsuru xəstəliyi. Bu şəkildə ağciyərlərə gedən qan axınının artması nəticəsində ağciyər damar təzyiqi yüksəlir. Ağciyərə gedən qanın artması ağciyər damarlarında və ürəkdə böyüməyə səbəb ola bilər. Patologiya təngnəfəslik, tez yorulma, fiziki inkişafın ləngiməsi, ürəkdöyünmə, dərinin solğunluğu, ürəkdə küylər, «ürək donqarı», tez-tez təkrarlanan respirator xəstəliklərlə təzahür edir. Bəzi növləri kateterlə bağlana bilən ASD-nin müalicəsində,a dətən açıq ürək əməliyyatı icra olunur.Öz-özünə bağlanmayan və ağciyər arteriyasında təzyiq yüksəlmə riski olan dəliklər 3-6 yaşlarında bağlanır.
Mədəciklərarası çəpər qüsuru və ya Ventrikulyar Septal Defekt (VSD). Mədəciklərarası dəlik. Mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması, anadangəlmə ürək qüsuru xəstəliyidir. Mədəciklərarası çəpərin qüsurunun ölçüləri müxtəlif ola bilər. Bir sıra hallarda 1-4 və ya bir qədər yuxarı yaşlarda mədəciklərarası çəpərin qüsuru spontan bağlana bilər. Digər hallarda uşaq 3 yaşa çatdıqdan sonra mədəciklərarası çəpər qüsuru cərrahi yolla bağlanılır. VSD kiçikdirsə, birbaşa tikişlə bağlana bilər. Böyük VSD-lərdə isə çəpərin qüsur hissəsinə yamaq (auto ya kseno perikard vasitəsilə və ya dakron materialından) qoyulur. Əməliyyatdan sonra bu yamaq normal ürək toxuması ilə örtülür.
Fallot Tetralogiyası-TOF.Fallot tetralogiyası, 4 fərqli ürək anomaliyasını əhatə edən,anadangəlmə ürək xəstəliyidir. Bu anomaliyalar aşağıdakılardır:
- Ventrikulyar septal qüsur (ürəyin mədəciklər arası dəliyi). Mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması, anadangəlmə ürək qüsuru xəstəliyidir
- Ağciyər arteriyası darlığı (ağciyər arteriyası və ya qapağında darlıq). Ağciyər qapağı sağ mədəcik ilə ağciyər arteriyası arasındadır. Bu bölgənin dar olması səbəbindən oksigenlə zəif qan ağciyərlərə kifayət qədər ötürülə bilmir. Ağciyər qapağında olan darlıq kateter vasitəsi ilə tətbiq olunan balon genişləndirmə metodu (balon valvuloplastika) ilə aradan qaldırıla bilər. Xəstələrin əksəriyyətində isə açıq ürək əməliyyatı icra olunur. Əməliyyatla darlığa səbəb olan toxumalar çıxarılır.
- Sağ mədəcik divarının qalınlaşması. Mədəcik divarı normadan daha qalındır.
- Aorta (əsas arteriya) birbaşa mədəciklərarası dəliyin üzərində yerləşir və hər iki mədəcikdən də qan alır.
Fallot tetralogiyasının yeganə effektiv müalicəsi cərrahiyyədir. Cərrahiyyə üsullarına intrakardiak bərpa (Fallot tetralogiyasının tam bərpası) və şunt istifadə edərək müvəqqəti bərpa etmə proseduru daxildir. Fallot tetralogiyasının qəti müalicəsi tam korreksiya əməliyyatıdır.
Magistral arteriyaların transpozisiyası (TGA).Magistral damarlarıntranspozisiyası – anadangəlmə ürək patologiyası olub, əsas damarların yerdəyişməsi: aortanın ürəyin sağ, ağciyər arteriyasının isə sol şöbələrindən ayrılması ilə xarakterizə edilir. Xəstəliyin əlamətlərinə təngənəfəslik, taxikardiya, hipotrofiya, ürək çatışmazlığı aiddir. Uşaqlarda magistral damarların transpozsiyasının olması adətən doğum evində təyin olunur. Fiziki müayinədə ürəyin hiperaktivliyi, genişlənmiş döş qəfəsi kimi əlamətlər müşahidə edilir. Magistral damarların transpozisiyası ilə doğulan körpələrin təcili tibbi müdaxiləyə ehtiyacı vardır. Xəstəlik bir neçə cərrahi metodla əməliyyat edilir. İcra olunan cərrahi üsullardan biri Arterial switch adlanan əməliyyatdır. Bu əməliyyatla ürəkdən tərs çıxan damarlar lazım olduğu yerə yerləşdirilir. Digər əməliyyat üsulu qulaqcıqların tərs çevirilməsi olaraq bilinən Atrial switch əməliyyatıdır. Bu əməliyyatla bədəndən geri dönən oksigenlə zəngin olmayan qan sağ mədəciyə deyil sol mədəciyə, ağciyərlərdən geri dönən oksigenlə zəngin qan isə sol mədəciyə deyil sağ mədəciyə yönləndirilir.
Ağciyər venalarının tam anomal drenajı. Ağciyər venalarının tam anomal drenajı anadangəlmə ürək qüsuru olub, ağciyər venalarının hamısının və ya bir hissəsinin sağ qulaqcıq, tac sinusu və ya boş venalara açılması ilə səciyyələnir. Xəstəliyin əlamətləri ;yorğunluq, fiziki inkişafdan geri qalma, ürəkdə ağrılar, təngnəfəslik, təkrarlanan pnevmoniyalar və s. Ağciyər venalarının tam anomal drenajının müalicəsində icra olunan əməliyyatla ağciyər venaları təkrar sol qulaqcığa birləşdirilir və iki q dəlik (atrial septal qüsur) bağlanır.
Uşaqlarda ürək ritm pozğunluğu (Aritmiya) növləri. Ürək ritminin pozulması "aritmiya" adlanır.Uşaqlarda ürəyin ritm pozğunluğunun tezliyi və klinik əhəmiyyəti böyüklərə nisbətən fərqlilik göstərir. Uşaqlarda ürək ritminin pozulmalarına qismən nadir rast gəlinsə də, bu problemlərin təyini və müalicəsi olduqca vacibdir. Ürəyin ritm pozğunluğu dedikdə normadan daha yavaş, normadan daha sürətli və ya nizamsız ürək döyüntüləri nəzərdə tutulur. Aritmiyanın bir neçə növü var: taxikardiya, bradikardiya, ürəyin növbədən xaric yığılması (ekstrasistoliya), nizamsız ürək döyüntüləri, ürək döyüntülərində fasilələr, supraventrikulyar taxikardiya (SVT), Wolff-Parkinson-White (WPW) sindromu, ventrikulyar taxikardiya (VT), Brugada sindromu və s. Aritmiyaların əsas əlamətləri ürəkdöyünmə, döş qəfəsində ağrı, təngənəfəslik, başgicəllənmə və bayılma, zəiflik
Aritmiyaların müalicəsi
Dərman müalicəsi: Antiaritmik dərmanlar aritmiyanın növünə görə təyin olunur. Bəzən dərmanlar əlamətlərin daha da artmasına və yan təsirlərə səbəb olur.
Kardiostimulyator (Ürək batareyası): Kardiostimulyator ürəyin normal ritminin bərpası məqsədi ilə körpücük sümüyünün altına cərrahi yolla yerləşdirilən elektron tibbi cihazdır
Defibrilator:Kiçik batareya ilə işləyən qısa adı İCD olan bu cihaz körpücük sümüyünün yaxınlığında yerləşdirilir.
Kateter Ablasiya Üsulları:
Fərqli enerji modelləri icra olunan ablasiya üsullarının bir neçə növləri var:
Lazer ablasiyası: Kateter ablasiya proseduru ayaqdakı venadan ürək istiqamətinə uzun bir tel yönləndirilərək icra olunur. Aritmiya, ürək əzələsində mikroskopik qüsurlardan qaynaqlanır. Problemli bölgə aşkar edildikdən sonra kateter bu bölgəni dondurmaq və ya qızdırmaqla zərərsizləşdirir.
Krioablasiya (Dondurma) : Krioablasiya son illər bütün dünyada icra olunan və köhnə üsullara görə daha az fəsadları olan bir metoddur. Bu üsulda ürəkdəki problemli bölgə mənfi 150 ilə 170 dərəcə arasında dondurulur. Bu şəkildə ürəkdöyünmə şikayətlərinin qarşısı alınır. Perforasiya (yırtılma) və tromboemboliya (laxtalanma) riskinin az olması və tam qatlı lezyon əldə edilməsi bu metodun ən vacib üstünlüyüdür.
Radiofrekans ablasiya. Radiofrekans ablasiya (ürəyin RFA-sı) zamanı kateterlərin köməyi ilə kiçik dəliklər vasitəsilə ürəyin ektopik impuls yaradan hissəsi yandırılır; beləliklə, impulslar blokada olunur və aritmiyaların inkişafının qarşısı alınır.Radiofrekans ablasiya metodu ilə ritm pozğunluqlarının müalicəsində 90 faizdən çox uğur əldə edilə bilər. Bu üsulla ürəkdöyünmələri aradan qaldırılır və xəstələr ömür boyu dərman istifadə etməkdən azad olurlar.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
