Hipertermiya qarın bolşuğu orqanlarının xərçəng xəstəliklərində tətbiq edilən müasir üsullardan biridir.
Qarın zarı və qarın içinə sıçrayan gözlə görülən xərçəng toxumaları və orqanlar təmizləndikdən sonra ətrafdakı orqanlar isti kimyaterapiya ilə yuyulur. Bu yuyulma mikroskopik olaraq gözlə görünməyən xərçəng hüceyrələrinə təsir göstərir.İsti kimyaterapiya,qarın zarı (periton) mezotelioması, appendisit, qalın bağırsaq, rektum, yumurtalıq və mədə xərçənglərinin yalnız qarın daxilinə sıçramış növlərində tətbiq olunur. İsti kimyaterapiya prosesində qarın içi 42-43 dərəcəyə qədər qızdırılmış 4 litrə yaxın maye içərisindəki kimyaterapiya dərmanı ilə 30-90 dəqiqə ərzində yuyulur. Bu üsulla, kimyaterapiya dərmanı toxumalara daha çox nüfuz edərək bütün qarın daxilinə bərabər şəkildə təsir edir. Qarın içərisinə yayılan şişlərin son mərhələsində istifadə olunan 'isti kimyaterapiya', xəstələrin ömrünü iki, hətta üç dəfəyə qədər artıra bilər.
Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.
