Revmatizm Xəstəlikləri

Vücudumuzun hərəkət etməsini təmin edən əzələlərdə xüsusilə oynaqlarda ağrılı bəzən də deformasiyaya səbəb olan xəstəliklər revmatik xəstəliklər qrupuna aid edilir. Lakin hər oynaq ağrısının səbəbi revmatik xətəlik deyildir. İnsanlar arasında revmatizmanın səbəbi isti və ya soyuq hava olduğu düşünülsə də bu tamamilə səhv fikirdir. Revmatizma tək bir xəstəlik deyil, xəstəliklər qrupudur və bu xəstəliklər "revmatoloji xəstəliklər" adı altında qruplaşdırılır. Revmatoloji xəstəliklər ilk əvvəl əzələ-skelet sistemini və daha sonra bir çox daxili orqanları əhatə edən xroniki xəstəliklərdir. Bu qrupa müxtəlif xəstəliklər daxildir. Ən çox rast gəlinən revmatik xəstəliklər:

Bu xəstəlik oynaq qığırdağı quruluşunun pozulması və zamanla yox olması nəticəsində yaranır. Daha çox diz, omba və əl barmaqları oynaqlarında müşahidə edilir. Xəstələrdə ağrı, hərəkət məhdudluğu, əl-ayaq barmaqları deformasiyasına səbəb olur. Xəstəlik daha çox 65-70 yaşdan yuxarı şəxslərdə rast gəlinir. Osteoartrit ağrıları hərəkət etdikcə artan və istirahət ilə azalan ağrılardır. Xəstəliyin müalicəsində məqsəd ağrıları azaltmaq və əlilliyin qarşısını almaqdır.

Xalq arasında iltihablı revmatizma olaraq da bilinən xəstəlik oynaqlarla yanaşı daxili orqanlara da təsir edə bilər. Xəstələrdə əl biləyində və əl barmaqlarında ağrı, şişkinlik, əllərdə deformasiya müşahidə olunur. Xəstəlik əllərdən başqa, ayaq biləkləri, dirsəklər, çiyin və dizlərə də təsir edir. Xəstəlik irəlilədikcə ürək pərdəsi iltihabı və ağciyər membranları arasında maye yığılmasına səbə ola bilər. Revmatoid artritli xəstələrdə göz quruluğu müşahidə olunur. Xəstəliyin diaqnostikasında xəstənin şikayətlərindən başqa fiziki müayinə nəticələri, qan analizləri və oynaq qrafiklərdən istifadə olunur. Uşaqlarda görülən revmatoid artrit şəkli juvenil revmatoid artrit və ya stil xəstəliyi olaraq da bilinir.Böyüklərdəki oxşar simptomları göstərən və inkişafa mənfi təsir göstərən xəstəlik 16 yaşdan öncə meydana gəlir.

Xəstənin belinin əyilərək onu önə doğru əyən, onurğanı tutan ağrılı, xroniki revmatik bir xəstəlikdir. Bəzən göz, ağciyər və ürək kimi digər orqanlara da təsir edir. Xəstələr səhərlər şiddətli bel və ya omba ağrısı ilə oyanırlar. Bu xəstələrdə idman xüsusilə üzgüçülük, belin əyilməməsi üçün çox vacibdir.

Behçet xəstəliyi ağız və cinsiyyət bölgəsində yaralar, dəri, gözlər, oynaqlar, damarlar və sinir sistemi tutulmaları ilə müşahidə edilən yoluxucu olmayan iltihablı revmatik xəstəlikdir.Behçet xəstəliyi insan orqanizmasına hər tərəfli təsir edən ,immunitet sistemi ilə bağlı xəstəlikdir. Oynaqlarda, gözlərdə, ürək və beyin damarlarında təkrar iltihaba səbəb olur. Xəstəliyin əlamətləri:

-Xəstəliyin ilk xəbərçisi; ağızda təkrarlanan ağrılı, içərisi kiçik boş yaralar

-Genital bölgədəki yaralar

-Gözlərin tutulması. Bu əlamət başladıqdan sonra 3 il ərzində gözlərdə tutulma halları baş verə bilər. Gözlərdə ağrı, qızartı və işığa həssaslıq əlamətləri müşahidə edilir.

- Əl və ayaq biləkləri, diz və dirsək oynaqları iltihablanır. Oynaqlarda şişkinlik və ağrı meydana gəlir

-Azyaşlı xəstələrdə nevroloji problemlər də müşahidə edilir. Baş ağrısı, boyun sərtliyi, şüur bulanıqlığı, şəxsiyyət dəyişiklliyi kimi əlamətlər müşahidə olunur.

-Gastroenteroloji xoralar

-Damar tutulmaları olarsa ayaqların yuxarı hissəsindəki damarlar şişir. Damar boyu iltihablı laxta meydana gəlir.

Behçet xəstəliyinin diaqnozunda istifadə olunan ən yaxşı üsul "paterji" testidir. Paterji testi xəstənin önqol dərisinə steril iynə batırmaqla həyata keçirilir. 48 saat sonra dəridə sızanağa bənzər və ya şişmiş bir qızarıqlıq olarsa testin nəticəsi müsbətdir.

 

 

Aralıq dənizi ailə qızdırması təkrarlanan hərarət, qarın ağrısı, döş qəfəsi ağrısı, oynaq ağrısı və şişkinliyi ilə xarakterizə olunan bir xəstəlikdir. Bu xəstəlik daha çox uşaqlarda rast gəlinir. Kliniki və müayinə əlamətləri və laboratoriya testlərinə əsasən diqnoz qoyulur. Aralıq dənizi ailə qızdırmasının müalicəsində bir ömür boyu müntəzəm olaraq qəbul edilən kolşisin istifadə edilməkdədir. Kolşisin müalicəsi Aralıq dənizi ailə qızdırması olan xəstələr üçün təhlükəsiz və həyati əhəmiyyətli bir müalicə üsuludur.

Qırmızı qurd eşənəyi günəşə məruz qalmaqla artan qızartılar,oynaq ağrıları və şişməsi, hərarət, çəki itgisi ağciyər-ürək membranında maye yığılması, anemiya, böyrək və digər orqanlara da mənfi təsir edən xroniki revmatik xəstəlikdir. Üz dərsində kəpənəyə bənzər qırmızı səpkilərlə müşahidə edildiyindən xalq arasında kəpənək xəstəliyi olaraq da adlanır. Qırmızı qurd eşənəyi xəstəliyində əl biləkləri və dizlərdə artrit, ağızda yaralar və dəridə müxtəlif səpkilər də müşahidə edilir. Xəstəliyin diaqnozu klinik əlamətlərlə yanaşı bəzi qan testlərinin köməyi ilə dəqiqləşdirilir.Bunlardan əlavə tam qan sayımı, böyrək testləri, ağciyər rentgeni, LE hüceyrəsi, anti DNT və ANA kimi müayinələr də həyata keçirilir. Həkim zəruri hesab edərsə və orqan tutulması kimi hallardan şübhəsi olarsa daha ətraflı müayinələr istənilir. Müalicə xəstəliyin irəliləməsini dayandırmaq, həyati əhəmiyyətli fəsadların qarşısını almaq və əlamətləri yüngülləşdirmək üçün tətbiq olunur və xəstəliyin şiddətinə əsaslanaraq hər bir xəstə üçün xüsusi təyin olunur.

Xalq arasında digər adı ürək revmatizması olan kəskin revmatik qızdırma xəstəliyi adətən 5-15 yaş arası şəxslərdə, Streptococcus adlı bakteriya növü ilə meydana gələn boğaz infeksiyasından təxminən 3 ay (tonzillit, faringit) sonra baş verən; oynaq iltihabı, ürək iltihabı, dəri altında şişkinlik, qeyri-ixtiyari hərəkətlər və dəridə qırmızı rəngli səpkilər ilə müşahidə edilən xəstəlikdir. Oynaqlarda və digər orqanlarda yaranan narahatlıqlar keçici olduğu halda ürəkdə ciddi problemlərə səbəb olur. Beləki, xəstəlik sonrakı illərdə revmatizmal ürək qapağı xəstəliklərinin yaranmasına səbəb olur.

Fibromialgiya gecə kifayət qədər yatmağınıza baxmayaraq səhər yuxudan oyandığınızda özünüzü yuxusuz hiss etdirən, bel, boyun, çiyinlər və ombalarda əzələ-oynaq ağrısı ilə xarakterizə olunan yumşaq toxuma revmatizmasıdır. Fibromialgiya əlamətləri çox kəskin olmasa da, ən vacib əlaməti bədənin müəyyən hissələrində müşahidə edilən həssaslıqdır. Nəfəs almada çətinlik və qulaq cingildəməsi də fibromialgiyanın ən əsas əlamətlərindən biridir. Xəstəliyin tarixçəsi, əlamətləri və fiziki müayinə ilə fibromialgiya diaqnozu qoyulur. Diaqnozun təsdiqlənməsi üçün şikayətlər 3 ay davam etməlidir. Xəstəliyin müalicəsində ağrı və əzələ spazmını azaltmaq üçün dərman müalicəsi və fizioterapiya ən təsirli üsuldur. Fibromialgiya müalicəsində istifadə olunan fizioterapiya üsulları bunlardır:

  • Ozon Terapiyası
  • Regional iynələr
  • Elektroterapiya tətbiqetmələri
  • Toxuma masajı
  • Klassik masaj
    • Prp (Trombositlə zəngin plazma)
    • Nevroterapiya
    • Proloterapiya
    • Manipulyasiya

 

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.