Sümük iliyi nəqli

Sümük iliyi, sümüklərin daxilindəki süngərəbənzər boşluqların içərisində yerləşir. Sümük iliyi içərisində isə qanın komponentlərini əmələ gətirən kök hüceyrələr yerləşir.

Sümük iliyinin disfunksiyası zamanı qan hüceyrələri funkiyalarını yerinə yetırə bilmir və bu da orqanizmdə bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Sümük iliyi transplantasiyası sağlam qan hüceyrələri əmələ gətirməsi üçün kök hüceyrələrinin xəstəyə nəql edilməsidir. Sümük iliyi transplantasiyasına hansı xəstəliklər zamanı müarciət edilir?

  • Kəskin leykozlar (kəskin mieloleykoz, kəskin limfoleykoz)
  • Xroniki leykozlar (xroniki mieoleykoz, xroniki limfoleykoz)
  • Qeyri-Hoçkin limfomalar
  • Hoçkin limfoması
  • Multipl Mieloma
  • Mielodisplastik sindrom
    • adrenoleykodistrofiya
    • Aplastik anemiya
    • Sümük iliyi yetməzliyi
    • Hemoqlobinopatiyalar
    • İmmun defisitləri
    • İrsi metabolik xəstəliklər
    • Neyroblastoma
    • POEMS sindromu
    • Birincili amiloidoz

Ümumi olaraq 2 növ sümük iliyi nəqli mövcuddur:

  1. Otoloq:Bu sümük iliyi transplantasiyasında kök hüceyrələr xəstənin özündən özünə nəql olunur. Otoloji kök hüceyrə nəqlində, xəstənin özünün kök hüceyrələri alınır, dondurularaq saxlanılır və yüksək dozalı kimyaterapiya tətbiqindən sonra xəstədən alınan və dondurulan həmin kök hüceyrələr yenidən xəstəyə infuziya edilir. Burada məqsəd xəstənin kənarlarda gizlənən xəstə hüceyrələrinin yüksək dozalı kimyaterapiya ilə məhv edilməsi və xəstədən alınan kök hüceyrələrin kənarda saxlanılaraq yüksək dozalı kimyaterapiyanın təsirindən qorunmasıdır
  2. Allogenik:Bu kök hüceyrə transplantasiyasında kök hüceyrələr xəstənin özündən deyil, başqa bir mənbədən əldə edilir. Beləki,allogenik sümük iliyi transplantasiyasında kök hüceyrələr xəstənin ailə üzvlərindən (bacı,qardas,valideynlər,övlalar) digər qohumlar və qohum olmayan yad insanlardan alınaraq xəstəyə tranplantasiya edilir.

Toxuma qrupu antigenləri (HLA) xəstə ilə uyğun olan,2-60 yaş arası hər bir sağlam şəxs donor ola bilər.Bacı və ya qardaşın toxuma uyğunluğunun olma ehtimalı olduqca yüksəkdir məhz bu səbəbdən adətən donor xəstənin bacı və ya qardaşı olur.

Ailə üzvləri arasında uyğun donor olmadığı hallarda könüllü donor ilik banklarına müraciət olunur və xəstəyə uyğun donor axtarışına başlanılır. Könüllü donor namizədlərində hər hansı yoluxucu xəstəliklər, immun sistem xəstəlikləri və infeksion xəstəliklər olmamalıdır.

Sümük iliyindən kök hüceyrələrin toplanması əməliyyatxana şəraitində ümumi anesteziya altında həyata keçirilir.Sümük iliyindən toplanan kök hüceyrələr müxtəlif filtrləmə proseslərindən keçirildikdən sonra xəstəyə infuziya olunur. Donordan toplanan kök hüceyrələr ümumi kök hüceyrə miqdarının kiçik bir hissəsini təşkil etdiyi üçün verici üçün heç bir təhlükə daşımır.

Periferik qandan kök hüceyrələrin toplanması.

Kök hüceyrələri yalnız sümük iliyindən deyil,həmçinin periferik qandan da toplamaq mümkündür.İlk növbədə kök hüceyrələrin sümük iliyindən periferik qana keçməsini təmin etmək lazımdır.

Göbək ciyəsi qanının kök hüceyrələri necə əldə edilir?

Göbək ciyəsi qanının kök hüceyrələri körpə anadan olduqdan sonra göbək ciyəsindən qan və ya plasentadan yığılır. Göbək ciyəsi qanı qanyaradıcı hüceyrələrlə daha zəngindir. Göbək ciyəsi qanı alındıqdan sonra müxtəlif analizlərdən keçirilir və lazım olduqda gələcəkdə istifadə üçün saxlanılır. Bu məqsədlə yaradılmış saxlama bölmələrinə “göbək qanı bankası” deyilir. Lazım olduqda, həkimlər bu bankalara müraciət edərək uyğun bir toxuma qrupu tapmaq üçün axtarış aparırlar. Bu şərtlərə uyğun bir göbək ciyəsi qanı varsa, köçürmə prosesi digər üsullara oxşar şəkildə həyata keçirilir. Göbək ciyəsi qanında məhdud sayda kök hüceyrə olduğu üçün əksəriyyəti uşaqlara köçürülür. Bəzən iki və ya daha çox göbək ciyəsi qanı daha ağır bədən çəkilərinə malik insanlara transplantasiya edilə bilər.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.