Sidik Kisəsi xərçəngi

Sidik kisəsi xərçəngi daha çox sidik kisəsinin daxili səthini təşkil edən hüceyrələrdən qaynaqlanır.Sidik kisəsi şişləri bədxassəli və ya xoşxassəli ola bilər. Sidik kisəsi xərçəngi qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Sidik kisəsi xərçənginin əlamətləri:

• Sidikdə qan (hematuriya)
• Sidik ifrazı zamanı ağrı
• Tez-tez sidik ifrazı
• Sidik ifrazı zamanı sidik axını ilə bağlı problemlər
• Sidik kisəsi dolu olmadığı halda sidik ifraz etmə ehtiyacı hiss etmək
• Kürək, bel ağrısı
• Qarının alt nahiyəsində ağrı
• İştahsızlıq və arıqlamaq

Sidik kisəsi xərçənginin Urotelilal karsinoma, Skuamöz hüceyrəli karsinoma, Adenokarsinoma, Kiçik hüceyrəli karsinoma və Sarkoma kimi növləri mövcuddur. Sidik kisəsi xərçənginin diaqnostikasında Sistoskopiya, Sidik analizi və sitologiyası, görüntüləmə testləri (Ultrasonoqrafiya, KT, MR, PET KT) kimi muayinələr həyata keçirilir.
Sidik kisəsi xərçənginin müalicəsi xəstəliyin dərəcəsi və xəstənin ümumi vəziyyəti nəzərə alınmaqla təyin olunur.

Sidik kisəsi şişlərinin transuretral rezeksiyası, yəni TUR əməliyyatı adətən sidik kisəsinin daxili təbəqələrinə yayılmamış, bir qədər erkən mərhələdə olan xərçəng növlərində tətbiq edilir. TUR əməliyyatı ümumi anesteziya və ya regional anesteziya altında edilə bilər.Bu əməliyyat endoskopik (kəsiksiz) yolla, sidik kanalının uc hissəsindəki dəlikdən daxil olunaraq icra olunur. TUR əməliyyatı zamanı, ucunda "U" şəkilli kiçik bir tel olan endoskop sidik kisəsinə daxil edilir. Xərçəng toxuması elektrik cərəyanı ilə kəsilirək bədəndən xaric edilir. TUR əməliyyatından sonra uroloq qalan xərçəng hüceyrələrini yox etmək və yayılamsının qarşısını almaq məqsədi ilə bir dəfə və ya 6-8 həftə müddətində həftədə bir dəfəsidik kisəsinə kateter ilə tətbiq olunan kimyaterapiya tövsiyyə edə bilər.

Parsial və ya seqmental sistektomiya: Şişin və ya sidik kisəsinin bir hissəsinin cərrahi üsulla çıxarılması prosedurudur. Parsial sistektomiya əməliyyatının sidik kisəsi xərçənginin müalicəsindəki yeri olduqca məhdud olsa da bəzi xüsusi histoloji xərçənglərin müalicəsində tətbiq olunur.

Radikal-sistektomiya: Şiş və sidik kisəsinin tamamı ,ətrafındakı toxuma və orqanların cərrahi üsulla çıxarılması prosedurudur. Radikal sistektomiya əməliyyatında, kişilərdə sidik kisəsi ilə yanaşı, prostat və sperma kanalları və ya sidik yollarının hamısı çıxarılır. Qadınlarda isə,yumurtalıqlar və uşaqlığın hamısı və ya bir hissəsi çıxarılır, lakin son illərdə ginekoloji orqanları qorumaqla sidik kisəsinin çıxarılma prosesi tətbiq olunur.Laparoskopik və ya robotik üsulla həyata keçirilən radikal sistektomiya əməliyyatında daha öncə açıq əməliyyatlarda müşahidə edilən böyük kəsik izləri əvəzinə daha kiçik kəsik izləri müşahidə edilir.

Bağırsaqdan yeni sidik kisəsi alnması (Neobladderrekonstruksiyası): Radikal sistektomiya edilən , sidik kisəsi çıxarılan xəstələrdə sidiyin bədəndən xaric edilməsi məqsədilə süni sidik kisəsi yaradılır. Süni (bağırsaq) sidik kisəsi əməliyyatında çıxarılan sidik kisəsinin yerinə xəstənin öz bağırsağından alınan müəyyən bir hissədən sidik kisəsi yaradılır. Bu əməliyyatda ureter adlanan sidik kanallarının ucları bağırsaqdan alınan yeni sidik kisəsinə, bağırsaqdan alınan yeni sidik kisəsinin bir ucu isə xarici sidik kanalına (uretraya) bağlanır. Beləliklə, böyrəklərdən gələn sidik bu sidik kisəsində toplanır və xarici sidik kanalından ifraz olunur. Bağırsaqdan alınan sidik kisəsi əməliyyatı açıq, laparoskopik və ya robotik üsulla həyata keçirilə bilər.

Xəstəliklə bağlı qeyd edilən hər bir müayinə və əməliyyat ən müasir tibbi texnologiya ilə təchiz olunmuş xəstəxana və öz sahəsinin peşəkarı olan akademik həkim heyəti tərəfindən həyata keçirilməlidir. Məhz Türk Sağlıq Qrupu sizi xəstəliyinizlə bağlı ən müasir tibbi cihazlara və peşəkar həkim heyətinə sahib xəstəxanalara yönləndirəcəkdir. Daha ətraflı məlumat almaq və peşəkar türk həkimlərindən xəstəliyinizlə bağlı pulsuz ikinci tibbi rəy almaq üçün bizə müraciət edin.